ArxivXəbər lentiXəbərlər

İran-Azərbaycan münasibətlərinin genişləndirilməsində mediaların roluna təkid edildi

Jurnalist günü ilə bir vaxtda İranın Azərbaycandakı səfiri iki ölkə medialarının əlaqələrin möhkəmləndirilməsi üzrə müsbət fəaliyyətini yüksək qiymətləndirib.

İran İslam Respublikasının Bakıdakı səfiri Möhsün Pakayin bir mətbuat konfransında deyib: Bu gün ümumi diplomatiya meydanında mediaların rolunu görməməzliyə vurmaq olmaz. İran və Azərbaycan medialarının təsirli fəaliyyəti də iki ölkə əlaqələrinin möhkəmlənməsində böyük təsirə malik olub. Düzgün informasiya çatdırma və üçüncü tərəfə sui-istifadə imkanı verməmək bu fəaliyyətlərdən olub.

Pakayin iki ölkə jurnalistləri və media nümayəndələrinin aktiv fəaliyyətlərinin Tehran-Bakı əlaqələrinin genişləndirilməsində təsirli adlandırıb və deyib: Bir jurnalist daim sülh və dostluq carçısı ola bilər.

Möhsün Pakayin İranın Radio və Televiziya Təşkilatının Bakıdakı ofisinin davamlıolaraq müxtəlif proqramlar hazırlamasına işarə edərək, bu fəaliyyətləri İran və Azərbaycan arasındakı bağların möhkəmləndiriməsi istiqamətində adlandırıb və deyib: İranın Radio və Televiziya Təşkilatının Bakıdakı nümayəndəliyi öz verilişləri ilə iki dost və qardaş ölkə arasındakı münasibətlərə bir növ dayaq verir.

O, həmçinin Səhər Azərbaycan kanalının yeni rəhbərlik dövründə öz fəaliyyətini müsbət baxışla davam etdirməsini, 24 saatlıq yayıma başlamasını, mədəni, ictimai və dini verilişlər hazırlamasını yüksək qiymətləndirib və deyib: Ümidvaram bu baxışı davam etdirməsi ilə bu kanal iki ölkə əlaqələrinin inkişaf etdirilməsində müsbət rol oynamış olsun.

Pakayin daha sonra Azərtac və Trend xəbər agentlikləri və ANS telekanalının nümayəndəliklərinin İranda fəaliyyət göstərmələrinə işarə edərək, deyib: İranın dost və qardaş Azərbaycanın media nümayəndəliklərinin fəaliyyətini himayə etməsi, media hüquqlarına hörmətin və media sahəsində əməkdaşlıqlara verilən önəmin nişanəsidir.

İran səfiri iki ölkə jurnalistləri arasına informasiya mübadiləsini əlaqələrin möhkəmləndirilməsində təsirli adlandırıb və deyib: İnformasiya sahəsində etibarlı və güclü əməkdaşlığın təsiri, hərbi qüdrətdən daha çoxdur və bu qüdrət sülh və dostluğa xidmət etməlidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button