ArxivXəbər lentiXəbərlər

Sabah Tehranda İİR, Rusiya və AR-in ikinci iclası keçiriləcək

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, İran İslam Respublikası, Rusiya və Azərbaycan Respublikası prezidentlərinin üçtərəfli ikinci iclası sabah günorta çağı Tehranda işə başlayacaq.

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi deyib: Rusiya və Azərbaycan Respublikasının yüksək səviyyəli rəsmilərini İrana səfərdə iki ölkənin müxtəlif, xüsusən siyasi və iqtisadi sahələr üzrə yüksək səviyyəli nümayəndə heyətləri müşayiət edəcəklər. Bu, hər üç ölkənin ikitərəfli, regional və beynəlxalq məsələlər barədə bir-birilərilə ciddi məşvərətlər aparması və hətta lazımi qərarlar çıxarması üçün olduqca yaxşı bir fürsətdir.

Qasemi əlavə edib: Rusiya prezidenti Vladimir Putin və Azərbaycan Respublikası prezidenti İlham Əliyevin iranlı rəsmilərlə birgə iclası və görüşləri üçün lazımı məsləhətləşmələr həyata keçirilibdir.

İran İslam Respublikası, Rusiya və Azərbaycan Respublikası arasında ilk üçtərəfli iclas Bakıda keçirilmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button