AktualAktualArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Azərbaycan Ruhanilər Təşkilatı Ali-Səudu pislədi

Vahid Ümmət Azərbaycan Ruhanilər Təşkilatı Səudiyyə Ərəbistanının 81 inanclı insanı edam etməsini kəskin pisləyib.

Qafqaz.ir-nin məlumatına əsasən,Vahid Ümmət Azərbaycan Ruhanilər Təşkilatı bir bəyanat yayaraq Ali-Səud rejiminin son cinayətinə seyirici mövqeyin bəşəriyyət üçün rüsvayçılıq olduğunu bildirib: “Səudiyyə ailə terror rejiminin onlarla məzlum insanın, o cümlədən 41 nəfər Əhli-Beyt (ə) məktəbinin ardıcıllarının başını kəsərək vəhşicəsinə qətlə yetirməsi insanlıq üçün üz qarasıdır, gözlərini döyərək sadəcə bu cinayəti seyr etmək bəşəriyyət üçün rüsvayçılıqdır. Ədalətdən, insanlıqdan dəm vuran qüdrətlərin bu cəngəl yırtıcılarının vəhşiliyinə susmağı iyrənclikdir”, – deyə bəyanatda bildirilir.

Bəyanatda bütün dünya bu cinayəti pisləməyə çağırılır: “Biz bütün azad insanlardan yırtıcı təbiətli Səudiyyə rejiminin bu cinayətini məhkum etməsini istəyirik! Bütün beynəlxalq qurumlardan, ədalət, insanlıq şüarı verən təşklatlardan bu cinayətə biganə qalmamağı istəyirik! Biz, Azərbaycan müsəlmanları ümidvarıq ki, günahsız qətlə yetirilmiş bu məzlumların qanı yerdə qalmayacaq, həyasız Səudiyyə ailə terror rejimi məhkum olacaq və tarix boyu lənətlənəcək!”,- bəyanatda deyilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button