ArxivXəbər lentiXəbərlər

Türkiyədəki terroru qadın paltarı geymiş kişinin törətdiyi məlum oldu (Foto)

Türkiyənin Şanlıurfa əyalətində törədilən terrorun təfərrüatları yavaş-yavaş açılır
İslamazeri.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Türkiyənin Şanlıurfa əyalətinin Suruç rayonunda kamikadzenin özünü partlatması ilə törədilən terrorun daha bir təfərrüatı məlum olub. Belə ki, terror aktını Adıyaman rayonunda qeydiyyatda olan 20 yaşlı Əbdürrəhman Alagöz törədib. İlk əvvəl, terrorun qadın tərəfindən həyata keçirildiyi bildirilsədə, ekspertiza nəticəsində məlum olubki, kamikadze Əbdürrəhman Alagöz olub və terror aktını törədərkən o qadın paltarı geyinibmiş. Bu arada Türkiyə rəsmiləri terror aktının İŞİD tərəfindən törədilməsinə dair böyük ehtimalın olduğunu bildiriblər. Türkiyənin baş naziri Əhməd Davudoğlu bu haqda açıqlama verərək: “Bu şəxsin kimliyilə bağlı irəliləyiş var. Kimlərlə bağlantısı olubsa, üzə çıxacaq. Bir şübhəli var. İŞİD-lə əlaqəli olma ehtimalı böyükdür.” deyib. Qeyd edək ki, 2 gün öncə  Türkiyənin Şanlıurfa əyalətinin Suruç rayonunda terrorçunun özünü partlatması nəticəsində 32 nəfər dünyasını itirib, 100 nəfər isə yaralanıb.

6088d1bf428826643e9275de7ad81a28

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button