ArxivIslamŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev İİR-in Xarici İşlər Naziri Dr. Əmir Abdullahiyan ilə görüşmüşdür

Azərbaycan Respublikası Baş nazirinin müavini və İran İslam Respublikası ilə İqtisadi Əməkdaşlıq üzrə Müştərək Komissiyanın sədri bu gün axşam saatlarında ölkəmizin xarici işlər naziri ilə görüşərək Qafqaz regionunda baş verən son hadisələr və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Tehranda bir günlük işgüzar səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini, İran İslam Respublikası ilə İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın sədri Şahin Mustafayev xarici işlər naziri Dr.Hüseyn Əmir Abdullahiyan ilə görüşüb. Bu görüşdə onlar Qafqazda baş verən son hadisələri müzakirə edərək, fikir mübadiləsi aparıblar.

Bu görüşdə Abdullahiyan iki ölkə arasında ticarət əlaqələrinin artması tendensiyası və iki ölkə arasında dərin əlaqələrdən məmnunluğunu ifadə edərək, Azərbaycan torpaqlarının işğaldan azad edilməsini iki ölkə arasında iqtisadi münasibətlərdə yeni fəslin başlanğıcı adlandıraraq ölkələr arasında iqtisadi imkanlardan istifadə ehtiyacı, nəqliyyat, enerji və turizmi sahələrində olan potensiallara təkid etdi.

Xarici işlər naziri İran İslam Respublikasının imkanlarına toxunaraq, həmçinin İran şirkətlərinin yeni azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak etməyə hazır olduqlarını açıqlayıb və iki ölkənin peyvəndlə bağlı uğurlarını, iki ölkə arasında əlaqənin asanlaşdırılmasının və iki ölkə arasında uçuşların yenidən qurulmasının vacibliyini vurğuladı.

Daha sonar dr. Əmir Abdullahiyan İran İslam Respublikasının ölkələrin ərazi bütövlüyünü dəstəkləyən daimi mövqeyinə işarə edərək, regionda beynəlxalq sərhədlərin dəyişməzliyini vurğulayıb.

Azərbaycan Respublikası baş nazirinin müavini də İran İslam Respublikasının neft, yol və şəhərsalma nazirləri ilə keçirdiyi konstruktiv görüşlərdən məmnunluğunu ifadə edərək, iki ölkənin neft, qaz, nəqliyyat və digər sahələrdə tarixi razılaşmalara yaxın olduğunu bəyan edib.

O, həmçinin son gərginliyin aradan qaldırılmasında iki ölkənin xarici işlər nazirlərinin konstruktiv rolunu vurğulayaraq, gələn ilin əvvəlində iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın iclasının keçiriləcəyini açıqlayıb.

Daha sonra 2021-ci ilin əvvəlindən iki tərəf arasında ticarət dövriyyəsinin artmasına toxunan Şahin Mustafayev bildirib ki, pandemiya dövründə ticarətin 22% artması iki tərəfin dostluq əlaqələrindən və iqtisadi imkanlarından xəbər verir.

Tərəflər EKO nun qarşıdan gələn sammitini və iki ölkə arasında əldə olunan razılaşmanın sənədlərini də müzakirə ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button