ArxivXəbər lentiXəbərlər

“Yaxşı Ölkə indeksi”ndə Azərbaycan 89-cu,Gürcüstan 57-cidir

Dekabrın 11-də Yaxşı Ökə İndeksi açıqlanıb. Bu indeksin məqsədi hər bir ölkənin bəşəriyyətə nə verdiyini və ölçüsünə uyğun olaraq nə aldığını öyrənir.

İndeks BMT-nin və digər beynəlxalq qurumların məlumatları əsasında hazırlanır, ayrı-ayrı ölkələrin bəşəriyyətin təmiz kreditoru, yoxsa planetə yük olduğu, yaxud bu ikisinin arasında yerləşdiyini üzə çıxarır.

MƏQSƏD MÜZAKİRƏLƏRƏ TƏKAN VERMƏKDİR

Yaxşı Ölkə İndeksi ölkələr içində nə baş verdiyini araşdırmır, çünki bu göstəriciləri öyrənən digər tədqiqatlar mövcuddur.

İndeksin məqsədi odur ki, ölkələrin öz vətəndaşları və dünya qarşısında məsuliyyətlərini necə balanslaşdırmaları üzrə qlobal müzakirələr başlansın. İndeks müəllifləri hesab edirlər ki, bu, bəşəriyyətin gələcəyi və planetin sağlamlığından ötrü vacibdir.

35 indikator əsasında hazırlanmış indeksdə ilk üçlükdə Niderland, İsveçrə və Danimarka yer alıb.

Yaxşı Ölkə İndeksinin yaradıcısı Simon Anholt deyir ki, uğurlu ölkə “bəşəriyyətin xeyrinə töhfəsini verən ölkədir”.

Beləliklə, ilk 10 “yaxşı ölkələr” bunlardır: Niderland, İsveçrə, Danimarka, Finlandiya, Almaniya, İsveç, İrlandiya, Birləşmiş Krallıq, Avstriya və Norveç.

AZƏRBAYCANIN YERİ

Azərbaycan 163 ölkə içində 89-cu yerdədir. Qonşulardan Ermənistan 75, Gürcüstan 57, Rusiya 65, İran 131, Türkiyə 38-cidir.

Azərbaycan elm və texnologiya üzrə qlobal töhfəyə görə 129, mədəniyyət sahəsində – 139, beynəlxalq sülh və təhlükəsizlikdə – 42, dünya düzəninə töhfəyə görə 132, planet və iqlim kateqoriyasında 29, rifah və bərabərlik üzrə 86, səhiyyə və sağlamlıq üzrə 89-cu yeri tutub.

Mədəniyyət kateqoriyasında hərəkət azadlığı, viza məhdudiyyətləri, mətbuat azadlığı, elm və texnologiya bölməsində beynəlxalq tələbələr, beynəlxalq nəşrlər, patentlər və digər amillər öyrənilir.

Birləşmiş Ştatlar 25-ci yerdədir.

İndeksdə sonuncu, 163-cü yeri Əfqanıstan tutub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button