Azərbaycan Respublikasının sərhəd xidməti məktub göndərərək Mircavə sərhəd alayının sərhədçilərinin şəhadətinə görə Ərdəbil vilayətinin sərhədçilərinə və şəhid olan sərhədçilərin ailələrinə başsağlığı verib.
Qafqaz.ir IRNA-ya istinadən xəbər verir ki, Ərdəbil əyalətinin sərhəd qoşunlarının komandanı General Seyid Şahin İsmaili deyib:
“Sistan və Bəlucistan əyalətinin Mircavə şəhərində həyata keçirilən terror əməliyyatı və ölkəmizin üç qeyrətli sərhədçisinin sərhəd nöqtəsində terrorçuların əli ilə şəhid olmasından sonra sərhəd Azərbaycan Respublikasının sərhəd xidməti məktub göndərərək şəhid olan sərhədçilərin ailələrinə başsağlığı verib”.