Azərbaycan ilə işğalçı rejim arasında hərbi əməkdaşlıq güclənəcək
Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2022” 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Bakıya gələn İsrailin “Rafael” şirkətinin rəhbəri Yoav Har-Even Müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib ki,görüşdə Azərbaycan Respublikası ilə işğalçı İsrail rejimi arasında hərbi əməkdaşlığın güclənməsinin vacibliyi vurğulanıb.
Məlumatda o da bildirilir ki, görüşdə Azərbaycan Respublikası ilə işğalçı rejimin regional təhlükəsizliyə verdiyi töhfələr barədə ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, görüşdə Azərbaycan Respublikası ilə işğalçı sionist rejim arasında hərbi əlaqələrin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı səfərlərin zəruriliyi xüsusi vurğulanıb.
Qeyd edək ki, “Rafael Advanced Defense Systems” sionist rejimin silah istehsal edən şirkətldir. İsrail adlandırılan Fələstinlilərin işğal edilmiş ərazilərində yaradılmış “Dəmir günbəz raket hücumundan müdafiə sistemi” həmin şirkətin layihəsidir.
Sionist rejim başçılarının “Dəmir günbəz” barədə şişirdilmiş təbliğatlarına rəğmən bu sistem dəfələrlə Fələstin müqavimətinin raket hücumları qarşısında yararsız vəziyyətə düşmuşdur. Məhz buna görə də “Rafael” şirkəti eləcədə ümumiyyətlə sionist rejimin hərbi məhsullarının iddia olunduğu effektə malik olmadığı göz önündədir.