Qafqaz məsələləri üzrə ekspert: “Azərbaycan-Ermənistan sərhədində baş verən son sərhəd hadisələri Avrasiya regionunda ticarət mübadiləsinə təsir qoyacaq.”
Qafqaz Həqiqətləri xəbər verir ki, Qafqaz məsələləri üzrə ekspert Seyid Məhəmmədrza Dəmavəndi Azərbaycan-Ermənistan sərhədlərində cərəyanda olan son hadisələr və onun sözügedən yolda İran yük maşınlarının gediş-gəlişinə təsiri haqda deyib: “Bu məsələ İranın Ermənistan və Avrasiya ilə ticarət mübadiləsinə təsir qoyacaq. Hər halda Azərbaycan Respublikası Ermənistandan keçən yolun 21 kilometrinin Azərbaycan torpağı olduğunu iddia edir və İran yük maşınları da bu yoldan keçirlər.
Əslində, Azərbaycan Respublikası bu iddia ilə tranzit rüsumu alır. Hal-hazırda Ermənistan bir sıra addımlar atmışdır və alternativ yolun tikintisi gələn həftəyə kimi başa çatır. Bununla da, İran yük maşınları Azərbaycanın iddialı olduğu ərazidən keçməyəcək.”
Ekspert Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsi ilə bağlı razılaşmanın bir sıra məsələlərində qeyri-müəyyənliklərin olduğunu vurğulayaraq deyib: “Rusiyanın vasitəçiliyi ilə əldə edilən bu razılaşmanın 9- cu maddəsində həll edilməli olan qeyri -müəyyənliklər mövcuddur. Ancaq əsas məsələ odur ki, Azərbaycanın bu hərəkəti həmin yolun bir hissəsinə sahibliyini sübut etmək çərçivəsindən daha böyükdür.”
Dəmavəndi deyib: “Azərbaycan, Türkiyə və Pakistanın iştirakı ilə keçirilən və “Üç qardaş” adlanan, əslində isə İsrailin onda iştirak etdiyi üçün dörd qardaş adlanmalı olan bu manevr sübut edir ki, onların məqsədi İran və onun hərəkətlərinə bir mesaj olmuşdur və əgər ciddi olarsa, İran mütləq reaksiya verəcək. Çünki ölkənin şimal-qərbində hərbi təlimlərin keçirilməsi İlham Əliyevin təəccübünə səbəb oldu ki, İran bu bölgədə manevr keçirir və bundan əvvəl belə olmayıb. Onlar qəbul etməlidirlər ki, İran öz ərazi bütövlüyünü və sərhədlərini müdafiə etmək hüququna malikdir və əgər hər hansı bir hərəkət baş versə qarşılıqlı addım atılacaq.”
Qafqaz məsələləri üzrə ekspert əlavə edib: “İran ötən 30 ildə Azərbaycanın iddia etdiyi marşrut üzrə nəqliyyatı təmin edib, hətta Azərbaycan heç bir narahatlıq olmadan Naxçıvanla əlaqə yarada bilib. Əslində, Azərbaycanın ata biləcəyi ən az addım bu ola bilərdi ki, həmin yolu İran yük maşınları üçün bağlamasın. Lakin bağladılar və belə nəzərə gəlir ki, Azərbaycanın bu addımı Türkiyə və İsrail tərəfindən istiqamətlənib.”
İranın sözügedən addıma cavabının hansı olacağına da toxunan Dəmavəndi qeyd edib ki, İranın hökumətçiliyinin qədim tarixi vardır və qədim tarixi olan bir ölkənin davranışı 30 illik hökumətə sahib bir ölkənin davranışından fərqlidir. İran Bakı tərəfindən tədbirsizliklə üzləşmişdir, lakin təmkin göstərmişdir. Ancaq bu təmkin Bakının İranın qırmızı xəttini keçmədiyi bir vaxta qədər davam edə bilər. Əgər qırmızı xətti keçsə, cavabını alacaq.
Ekspert açıqlamasının digər hissəsində deyib: “Bu günlərdə mövcud olan və məxfi olmayan xəbərlərdən biri də budur ki, Azərbaycan son illərdə İranın qırmızı xətlərini keçmişdir. Bunun nümunəsi olaraq Nətənz bölgəsinə kəşfiyyat PUA-sı göndərilməsində, İranın nüvə alimlərini terror etmək məqsədilə terrorçulara təlim vermək sahəsində, nüvə sənədlərinin oğurlanmasında İsraillə əməkdaşlıqlarını göstərmək olar.
Bunlardan əlavə, ötən il 44 günlük müharibədə də İŞİD qüvvələri İranın sərhədlərinə gətirilmişdi. Bütün bunlar Azərbaycanın İranın qırmızı xətlərini keçməsi deməkdir. İsrail İran sərhədlərində yerləşmişdir və Azərbaycan Respublikası əhalisinin əksəriyyətinin şiə müsəlmanlarından ibarət olmasını nəzərə alan İran təmkin və dözüm göstərmişdir, həmişə böyük qardaş kimi təkcə xəbərdarlıq etməklə məsələnin yanından ötmüşdür.
Lakin İranın bu böyüklük və təmkininin də həddi vardır və manevr keçirməklə Azərbaycan Respublikasına bir növ xəbərdarlıq etdi. İran əgər cavab vermirsə, bu, onun gücsüzlüyündən yox, təmkin göstərməyə qərar verməsi üzündəndir. Lakin bu qərar vəziyyətin dəyişməsi ilə dəyişə bilər.”