Azərbaycan SQ Cermuk rayonunda Ermənistan ərazisinin 7,5 km dərinliyinə irəliləyib, bu barədə Cermukda xarici səfirlər üçün keçirilən brifinqdə Ermənistan SQ Baş Qərargah rəisi Edvard Asryan bildirib.
Qafqaz.ir-nin məlumatına əsasən, Edvard Asryanın sözlərinə görə, Azərbaycan Respublikası qüvvələri cəbhənin 8,5 km enində və 7,5 km-ə qədər dərinliyində Ermənistan ərazisinə nüfuz ediblər. Hazırda Azərbaycan SQ Cermukdan 4,5 km məsafədədir.
Onun sözlərinə görə, Azərbaycan SQ ayrı-ayrı kiçik qruplar şəklində irəliləyib. “Onların bəziləri Ermənistan SQ-nin mühasirəsindədir”.
Asryan həmçinin bildirib ki, Nerkin And və Verin Şorja istiqamətində Azərbaycanlılar 1,5 km, İşxanasar istiqamətində 0,5 km irəliləyiblər.
Ermənilərin bir sıra mövqeləri Azərbaycan qüvvələrinin nəzarəti altına keçib, deyə o etiraf edib.
Azərbaycanın Müdafiə Nazirliyi isə bir bəyanatda Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin Azərbaycan silahlı qüvvələrinin bəzi bölmələrinin mühasirəyə düşməsi barədə dediyini yalan dezinformasiya adlandırsa da Edvard Asryanın həmin açıqlamda toxunduğu digər məqamlara münasibət bildirməyib.