ArxivmədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Azərbaycan əsgərinin özünü odlu silahla öldürdüyü bildirilir

Hərbi Prokurorluq hadisəni araşdırdığını deyir

Qafqaz.ir-nin məlumatına əsasən, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Vəli Abbasovun odlu silahdan özünü öldürdüyü bildirilir.

Məlumatı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Firad Əliyev də Meydan TV-yə təsdiqləyib.

O deyib ki, daxil olmuş məlumat əsasında sentyabrın 6-da Şəmkir Hərbi Prokurorluğunun və Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları hadisə yerinə və meyitə baxış keçiriblər:

“Onlar iş üçün əhəmiyyət kəsb edən predmetləri maddi sübut kimi götürüb, eləcə də izahatlar alıb və digər hərəkətləri icra ediblər”.

F. Əliyev fakt üzrə Şəmkir Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıldığını vurğulayıb:

“Şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib”.

“Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq”, – deyə Əliyev əlavə edib.

Əsgərin hansı rayondan olduğu açıqlanmayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button