Aktual

İsrailin himayəçiləri

İran İslam İnqilabının banisi və qurucusu Ruhullah Musəvi Xomeyninin xarici dövlətlərin unversitetlərinin tələbələrinin məktublarına verdiyi cavabı və Qurban bayramı münasibətilə etdiyi çıxışı təqdim edir:

Amerika və İsrail islamın əsası ilə düşməndirlər
Müxtəlif məkanlarda hər məzhəb və xalqdan olan müsəlmanlar bilməlidirlər ki, islamın, Quranın, əsl düşməni fövqəl-qüdrətlər xüsusilə ABŞ və onun fasiq uşağı İsraildir ki, İslam ölkələrinə qarşı tamah dişini qıcırtmışlar. Bu ölkələrin geniş yeraltı və yerüstü sərvətlərini talamaq üçün əlindən gələni əsirgəmirlər. Onların bu şeytani planlarında müvəffəqiyyətlərinin rəmzi müsəlmanların arasına ixtilaf salmaqdır. Həcc mərasimində mümkündür ki, bəzi cahillər sünni-şiə arasında ixtilaf salmağa özlərini vadar etsinlər və bu şeytani məsələni o qədər dərinləşdirsinlər ki, sadəlövh şəxsləri inanadırsınlar. Hər iki firqə bacı və qardaşları bilməlidirlər ki, bunlar İslam, Quran və Peyğəmbərin sünnəsi adına islam, Quran və sünnəni müsəlmanların arasından aradan aparmaq yaxud azdırmaq istəyirlər. Bacı və qardaşlar bilməlidirlər ki, ABŞ və İsrail islamın əsası ilə düşməndirlər. Ona görə ki, onlar islam, kitab və sünnəni öz məqsədləri üçün maneə bilirlər. İran həmin Kitab və sünnəyə görə ayağa qalxıb inqilab etdi və qələbə çaldı. (Həcc konqresi və Qurban bayramı münasibətilə İmam Xomeyninin (r.ə) çıxışı)

İsraili bütün istismarçılar himayə edir
İsrail Qərb və Şərqin müstəmləkəçi dövlətlərin həmrəyliyi ilə ortaya çıxmış və müsəlman xalqları tapdalamaq üçün yaradılmışdır. ABŞ və İngiltərə onu hərbi, siyasi baxımdan gücləndirib onun ixtiyarında ağır silahlar qoymaqla, onu ərəblərə, müsəlmanlara təcavüz etməyə, Fələstini və digər müsəlman torpaqlarını işğal etməyə təhrik və vadar edirlər. Sovet İttifaqı isə müsəlmanların silahlanmasının qarşısını almaq və aldadıb xəyanət etməklə İsrailin varlığını təmin edir. (Ayətullah Xomeyninin ABŞ və Kanadada olan universitet tələbələrinin məktublarına cavabı)

ABŞ-nın İsrail və şahı himayə etməsi
Amerika dövləti bu kimi ünsürləri (Pəhləvi) himayə etməklə müsəlmanların nəzərində zülmkarlar və cinayətkarların başında durur. Onların halimiyyəti müsəlmanların milli sərvətlətinə müftə malik olmaq üçün milyonlarla xalqı kəsir və insanlıqdan uzaq olan ünsürlərin caynağında əsir etmişdir… Yüz milyon müsəlmanın hüququna laqeyd qalmaq və onlara bir dəstə alçaqları müsəllət etmək, İranın qeyri-qanuni rejiminə və batil İsrailə müsəlmanların hüququna təcavüz etmək, onların azadlıqlarını əlindən əllərindən almağa macal vermək bir sıra cinayətlərdir. (ABŞ və Kanadada olan universitet tələbələrinə Ruhullah Xomeyninin göndərdiyi məktubdan)

İsrail ABŞ ilə razılaşmadan cinayətə əl atmaz
Güman etməyin ki, məsələ ancaq Covlan ( İsrailin 1967-ci ildə Covlan yüksəkliklərinə hücum etməsinə işarədir) yüksəklikləridir, məsələ bundan genişdir. Heç kəs güman etməsin ki, təşkil edilən beynəlxalq təşkilat, insan hüquqi təşkilatı kimi orqanlar xalqların xeyrinə bir iş görürlər , heç vaxt güman etməyin ki, İsrail və İsrail kimilərin cinayətlərində onlarıln müxalifliyi bir təsir edəcəkdir.ABŞ-da müxalif olduğunu bildirmişdir, lakin bununla belə hansı ağıllı şəxs inana bilər ki, İsrail Amerikanın icazəsi olmadan bu işləri görür?

(Ruhullah Musəvi Xomeynin (r.ə) bəyanatı)

islaminsesi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button