ArxivXəbərlər

türkiyəli din alimi kimi tanınmış Adnan Oktar, Azərbaycanda telekanal açır.

adnan-oktarin-melekleri-twitteri-salladi--17051

telekanalı açan şəxslər Adnan Oktarın fikirlərini, əqidəsini bəyənənlər və sevənlərdir.

Yeni telekanal Adnan Oktarın Türkiyədəki A9 telekanalının Azərbaycan versiyası olacaq. A9AZ adlı telekanalın artıq bütün texniki avadanlığı Bakıya gətirilib və hələlik test yayımları (http://a9az.tv/) aparılır. Telekanal yalnız internet üzərindən yayımlanacaq.
Hazırda test yayımda olan A9AZ internet televiziyasında Türkiyədəki A9 kanalında olduğu kimi yalnız elmi-dini proqramlar yayımlanır. Artıq telekanal yayıma hazır vəziyyətdədir.
Məlumata görə, yayımlanan verilişlərdən birinin aparıcısı Aysel Canan Vəlizadə adlı xanım olacaq. Bu xanım həm də Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədridir. Artıq verilişin bir neçə buraxılışı çəkilib.
Qeyd edək ki, Azərbaycanda da Adnan Oktarın fikirlərini, əqidəsini bəyənən kifayət qədər insan var. Bunlardan çoxu qızlardır.
söhbətlərindən çox ekranda yanında olan qadınların açıq-saçıq geyimləri ilə gündəmə gələn Adnan Oktar türk mətbuatının dilindən düşmür.
Veriliş boyunca aparıcının “kediciklərim” adlandırdığı qadınların libaslarında alt geyimlərinin görünməsi söz-söhbətə səbəb olub. Hətta proqramda dini mövzular müzakirə olunarkən “kediciklərin” açıq-saçıq geyimlərlə və sinə dekoltesi ilə efirə çıxması Türkiyə mediasında ajiotaj yaradıb.
“Adnan Oktar Hocanın ən uslu kediciği” adı ilə tanınan Beyza Bayraktar kameralara verdiyi pozalarla izləyənlərin və media nümayəndələrinin diqqətini çəkib.
Beyza Bayraktar 1979-cu ildə Türkiyədə anadan olub. İxtisasca qrafist-rəssamdır. Hətta onun beyzabayraktar.muminkadinlar.com adlı internet səhifəsində Allah, din və mömin qadınlar haqqında yazıları da dərc olunur. Geyimi və həyat tərzi yazıları ilə uzlaşmayan gözəlçə son zamanlar türk mediasında açıq-saçıq fotoları ilə səs-küy yaradıb.
Özünü islam din xadimi kimi təqdim edən, azərbaycanlı oxucuya daha çox Harun Yəhya imzası ilə yayılan kitabların müəllifi kimi tanış olan Adnan Oktarın aparıcısı olduğu bu veriliş bizim tamaşaçıların diqqətinə və iradlarına səbəb olub. Bir çoxları nə qədər baş sındırsalar da, açıq-saçıq geyimli, hər kəlməbaşı inşallah, maşallah deyən aparıcıların, eləcə də onlara dəstək olan Adnan Oktarın hansı dinə, əqidəyə qulluq etmələrini aşkar edə bilmirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button