ArxivIslamŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ayətullah Xameneidən Fələstin məktubu: Müqavimət getdikcə güclənir

Ayətullah Xamenei Fələstin İslami Cihad Hərəkatının baş katibinin məktubuna cavabda İslami Cihadın şücaətli müqavimətinin bu hərəkatın müqavimətdə, sionist rejimin hiyləsinin zərərsizləşdirilməsi və bu rejimin kürəyinin yerə vurulmasındakı yerinin yüksəlməsinə səbəb olacağını bildirib.

İran İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Əl Nəhalənin məktubuna cavabda bildirib ki, son hadisə Fələstin İslami Cihad Hərəkatının iftixarlarını ikiqat artırdı və Fələstin İslami Cihadın Fələstin xalqının əzəmətli müqavimət hərəkətindəki yerini yüksəltdi.

Ayətullah Xamenei daha sonra sözlərinə belə davam edib:

“Siz öz şücaətli müqavimətinizlə qəsbkar rejimin hiyəgər siyasətini zərərsizləşdirdiniz və sübut etdiniz ki, müqavimət məcmuəsinin hər bir bölməsi təklikdə də düşmənin kürəyini yerə vura bilər.

Siz cihad hərəkətini himayə edən Qəzzadakı mübarizəni qərb sahilindəki mübarizə və digər müqavimət qüvvələri ilə peyvənd etməklə Fələstin xalqının cihadının bütövlüyünü hiyləgər düşmənə göstərə bildiniz”.

“Fələstinli qrupların bütün Fələstin ərazilərindəki bütün səyləri bütövlüyün qorunması üçün olmalıdır”, – deyə, vurğulayan Ayətullah Xamenei bbildirib:

“Qəsbkar düşmən zəifliyə, Fələstin müqaviməti isə qüvvətə doğru gedir və biz sizin yanınızda durmaqda davam edirik”.

Ziyad Ən-Nəhalə İran İslam İnqilabının Rəhbərinə ünvanladığı məktubda fələstinli mübarizlərin, xüsusən İslami Cihad Hərəkatı və Səraya əl-Qüds hərbi qolunun Fələstin boyu, xüsusən Qəzzədə və qərb sahilindəki geniş iştirakına işarə və qeyd edib ki, cihad müqavimət batalyonlarının iştirakı ilə heç bir gün qərb sahilində sionist rejimlə döyüşlər baş vermədən keçmir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button