ArxivXəbər lentiXəbərlər

Ərdəbilin valisi: Azərbaycan Respublikası və Aslanduz dəmir yollarının birləşdirilməsi üçün şərait yaranmışdır

Ərdəbilin valisi deyib: “Quru yük limanı işə salmaqla Azərbaycan Respublikasının dəmir yolunu Aslanduz dəmir yoluna birləşdirmək üçün lazım olan şərait yaranmışdır”.
Qafqaz Mədəniyyət Mərkəzi – Ərdəbil əyalətinin valisi Məcid Xudabəxş idarə heyətinin iclasında deyib: “Ərdəbildə azad ticarət və sənaye zonası, habelə quru yük limanı işə salmaqla əyalətin iqtisadi sahəsində böyük dəyişiklik olacaqdır”.
Vali vurğulayıb: “Quru yük limanı işə salmaqla Azərbaycan Respublikasının dəmir yolunu Aslanduz dəmir yoluna birləşdirmək üçün lazım olan şərait yaranmışdır. Azad ticarət və sənaye zonalarının yaranması üçün də xəritənin qəbul olunmasını gözləyirik. İki həftəyə kimi dövlət heyəti öz nəzərini bildirməlidir, sonra isə son qərar üçün Məclisə göndərilməlidir”.
M. Xudabəxş dövlətin Ərdəbil əyalətində xidmətlərinə də işarə edərək deyib: “Əkinçilik sahəsində əyalətin yol xəritəsi çəkilmişdir və bu xəritədə yeni əkinçilik, suvarma, quru ərazilərin suvarma ərazilərinə çevrilməsi, daha məhsuldar əkinçiliyin aparılması kimi modern əkinçilik və daha çox iş yeri yaratmaq planları nəzərdə tutulmuşdur”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button