ArxivXəbər lentiXəbərlər

Eldar Mahmudov-Kərəm Həsənov cütlüyü sahibkarları necə boğurdu?

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun fəaliyyəti ciddi şəkildə araşdırılır.

Bu barədə İstiqlal-a daxil olan məlumatda deyilir ki, araşdırma “MTN işi” ilə bağlıdır.

Qeyd edək ki, ilk gündəm Kərəm Həsənovun adı “MTN işi”ndə hallandılırıdı. İddialara görə, sahibkarları əmlakı barədə məlumatlar MTN-in keçmiş şefi Eldar Mahmudov və dəstəsinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsindən ötürülüb.

Yeni məlumatlarda deyilir ki, “MTN işi” ilə məsuliyyətə cəlb olunan sahibkarlardan bir çoxu Kərəm Həsənovun əleyhinə ifadə verib. İddialara görə, sahibkarlar bildirib ki, Eldar Mahmudovun yaratdığı şəbəkədən yaxa qurtarmaq üçün əmlaklarından imtina edəndə Əmlak Məsələləri Dövlət Komitəsi məsələni anında həll edib. “Hansısa sahibkar pul əvəzinə əmlakını təqdim etdikdə dərhal Kərəm Həsənovun rəhbərlik etdiyi qurum dövriyyəyə girir və bir neçə günlük, hətta bəzən bir neçə həftəlik prosedur 1 günə başa çatdırılırmış”,-deyə mənbə bildirib.

Araşdırmalarda Kərəm Həsənovun sahibkarları talama əməliyyatlarında Eldar Mahmudovla ortaq olması barədə şübhələr yaranıb. Bu baxımdan komitə sədrinin fəaliyyətinin araşdırılması qərara alınıb. Kərəm Həsənov isə vəziyyətdən çıxış yolu kimi baş verənlərin rəqiblərinin ona qarşı kampaniyası kimi qələmə verməyə çalışır.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button