ArxivXəbər lentiXəbərlər

Azərbaycanın siyasi dairələri türkçüləri tənqid ediblər

Azərbaycan Respublikasında siyasi dairələr türkçülərin mövqelərini ikili standart kimi qiymətləndiriblər.

Bununla əlaqədar Azərbaycanın İslamınsəsi internet portalı bu ölkə türkçülərin son Tehran terror aktlarında İran xalqının dərdinə şərik çıxmamalarını tənqid edib.

Bu internet portalı yazıb: Bəzi Avropa ölkələri, o cümlədən Fransa və Belçikada terror aktları baş verdiyi zaman Azərbaycanın türkçülərinin onların dərdinə şərik çıxmasının şahidi olmuşuq. Nə üçün bu qruplar və onların təşkilatları Tehrandakı terror aktlarının ardınca, İran xalqının dərdinə şərik çıxmadı və həmrəyliyi nümayiş etdirmədi? Nə üçün İranda terror aktları zamanı türk millətçiləri və millətçilər profillərində qara lent qoymadı və matəm etmədi?

Azərbaycan medialarının bu ölkədə yaşayan türkçüləri tənqid etməsi bu reallığı əks etdirir ki, Arazın şimal ərazilərində zahirdə millətçi təşkilatların fəaliyyətinin əsas mehvəri ikili standart və riyakarlıqdır. Halbuki Azərbaycanın “pantürkləri” əsasən İranın daxilindəki siyasi olaylara və ya beynəlxalq önəmli olaylara reaksiya verirlər. Bu istiqamətdə diqqət yetirmək lazımdır ki, belə mövqeyin əsas səbəbi türkçülük ideologiyasından qaynaqlanır yoxsa Azərbaycandakı aktiv pantürkçülərin riyakarlıq və saxtakarlıq siyasətinin nəticəsidir? Halbuki Heydər Əliyevin 1993-cü ildə prezidentliyi dövründən o azərbaycanlı ilə türk arasında fərq qoymuş və bu iki dil və mədəniyyət arasında xətt çəkmişdir.

Əslində hazırda Azərbaycanın siyasətlərinin ideologiyasına əsaslandığı bu ölkənin mərhum prezidenti Heydər Əliyev azərbaycanlılar və türklər arasında əsaslı fərq qoydu. Xüsusilə də pantürkçü ideyası Türkiyədə yaşayan zahirdə bəzi millətçi şəxslərin xəstə təfəkkürlərindən və rəsmi Ankaranın mənafeyi istiqamətində yaradılmış və aktivləşdirilmişdir. Türkiyə hakimiyyəti bu ölkənin Mərkəzi Asiya və Qafqazdakı milli mənafeyini qorumaq və təmin etmək məqsədilə bu ideyanı təbliğ etmişdir. Eyni zamanda tarixi araşdırmalar “pan” ideologiyalarında beynəlxalq sionizmin istiqamətləndirməsi məqsədilə yardımlar və səylərdən söz açır. Bu arada qeyd etmək lazımdır ki, Heydər Əliyevin oğlu İlham Əliyevin dəfələrlə atasının siyasəti və mövqelərinə sadiq qaldığını bildirməsinə baxmayaraq, görünür Azərbaycanda pantürkçülərin riyakarlıq siyasəti Azərbaycan rəsmilərindən qaynaqlanır. İlham Əliyev hökumətinin rəsmiləri də bir çox region və dünya məsələləri, o cümlədən islam dünyasının bəzi məsələləri, Dağlıq Qarabağ münaqişəsi qarşısında və region və dünyanın güclü dövlətləri ilə əlaqələrdə riyakar mövqelə sərgiləyirlər.

Hər halda İslamınsəsi internet portalı Azərbaycanda yaşayan türkçiləri tənqid istiqamətində yazıb: İran Azərbaycan üçün güclü qonşu sayılmaqdan əlavə, Azərbaycan dilində danışan çoxlu vətəndaşa sahibdir.

Bu portal etiraf edib ki, Tehrandakı terror aktında həlak olanlar arasında da bütün etnoslardan, o cümlədən azərbaycanlılardan həlak olanlar olublar.

Bu portal Azərbaycandakı pantürkçülərə xitabən bildirib ki, bəyəm sizcə, sadəcə Fransa, Belçika, bir sözlə Avropa və ABŞ-da terror aktları baş verdikdə matəm saxlamaq və bu ölkələrin bayraqlarını bir iki gecə-gündüz profillərdə saxlamaq lazımdır? Bu ikili rəftarın səbəbi nədir? Bu səbəb türkçülük ideologiyasındandır yoxsa, imperialistlər üçün türkçülüyün hamilərinin quldarlıq xəstəliyi? hansıdır.

Qeyd edək ki, 7 iyunda Tehranda İslam Şurası Məclisinin idarə məsələləri üzrə ibnasında və Həzrət İmam Xomeyninin (rə) məqbərəsində törədilən terror aktının məsuliyyətini İŞİD terrror qruplaşması öz üzərinə götürüb. Bu terror aktlarında 17 nəfər şəhid olub, 52 nəfər də yaralanıb.

Sonda demək olar ki, insan tələfatı və faciələrini siyasi ideologiyalar üçün vasitəyə çevirməyə cəht rəzalətin nişanələrindəndir. Eyni zamanda Azərbaycanla din, dil və milli yaxınlığı olan qonşu üçün qəmgin olmaqdan çəkinmək riyakarlığın əlamətlərindən sayılır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button