ArxivIslammədəniyyatŞəkil​ŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialTarixXəbər lentiXəbərlər

Ayətullah Xamenei: İsrail bir ölkə deyil, bəlkə Fələstin və digər müsəlman xalqlarına qarşı terror bazasıdır

Bu qan içən rejimlə mübarizə aparmaq zülm və terrorizmlə mübarizədir.
Maide.Az xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün “Beynəlxalq Qüds günü” ilə bağlı  çıxışında bildirib.
Ayətullah Xamenei qeyd edib ki,  bu rejimlə mübarizə hamının  öhdəsinə düşən vəzifədir.
İslam ümmətinin ən önəmli və aktual məsələsi  Fələstin məsələsidir
İslam ümmətinin ən önəmli və aktual məsələsi  Fələstin məsələsidir. Zalım kapitalist sistemi siyasəti bir milləti öz evindən, öz dədə – baba torpaqlarından çıxartdı və  orada terror rejimi və əcnəbi bir xalqı yerləşdirdi.
Sionist rejim hansı məntiqə əsasən təsis olundu? 
Sionit rejimi içi boş və əsassız məntiqə əsasən quruldu. Avropalılar öz iddialarına görə,  ikinci dünya müharibəsində yəhudilərə zülm ediblər.  Deməli Qərbi Asiya bölgəsində bir xalqı öz evlərindən didərgin etməli, orada ən faciəli qırğınlar törətməli və yəhudilərin intiqamını almalıdırlar!…
Qərb dövlətlərinin sionist rejimi dəlicəsinə və hərtərəfli dəstəkləməsinin söykəndiyi məntiq bu məntiqdir.  Beləliklə özlərinin insan haqları və demokratiya haqqında yalan iddialarını sual altına alaraq pozurlar. Bu gülünc və ağlamalı gedişat 70 ildən çoxdur ki, davam edir və hər dəfə ona  yeni bir səhifə əlavə olunur.
Sionist rejimlə mübarizə hamının  öhdəsinə düşən vəzifədir. 
Sionistlər işğal olunmuş Fələstini  ilk gündən  terrorizm bazasına çevirdilər. İsrail  bir ölkə deyil, bəlkə Fələstin və digər müsəlman xalqlarına  qarşı  terror bazasıdır. Bu qan içən rejim ilə mübarizə  zülm və terrorizmlə mübarizədir və bu, hamının öhdəsinə düşən vəzifədir.
İslam Ümməti arasında təfriqə və zəiflik, Fələstinin işğal olunmasına zəmin yaratdı 
Diqqət olunası bir məsələ budur ki, baxmayaraq ki,  işğalçı “dövlət”  1948-ci ildə təsis olunub lakin  müsəlmanların ən həssas bölgəsinə əl uzatmaq üçün  çox uzun illər öncə  hazırlıq görülmüşdü.   Həmin illər Qərbin  İslam ölkələrində bu ölkələri dünyəvi, kor və ifratçı millətçi,  avtoritar hökumətlərin və qərbpərəst hakimiyyətlərin iş başına çatması üçün fəal müdaxilə illəridir. Qərbi Asiyanın ərəb ölkələrində,  Afrikanın şimalında, İran və Türkiyədə həmin illərdə baş verən hadisələri araşdırdıqda  bu acı həqiqət aşkar olunur.  İslam Ümməti arasında təfriqə və zəiflik, Fələstinin işğal olunmasına zəmin yaratdı.  Bu zərbə hegemon güclər tərəfindən İslam ümmətinə vuruldu.
Fələstinin işğal olunmasında Qərb və Şərq gücləri  sionist kapitalistlərlə ittifaq qurdu 
Həmin dövrdə hər iki cəbhənin – Kapitalizm və Kommunizmin sionist sərmayədarlar ilə  ittifaqı ibrət alınacaq məsələdir.  İngiltərə bu çirkli planı hazırladı və kordinasiya etdi.  Sionist kapitalistlər bu planın icrasını öz pulları və silahları ilə öhdəsinə götürdü.   Sovet İttifaqı (SSRİ) ilk dövlət idi ki,  bu qeyri leqitim dövlətin yaradılmasını rəsmiyyətə tanıdı və çox sayda yəhudiləri ora göndərdi.
Qəsbkar rejim (İsrail), bir tərəfdən İslam dünyasının o dövrdəki vəziyyətinin və digər tərəfdən  Avropa ölkələrinin çirkli planı, hücum və təcavüzünün məhsuludur.
Hazırda dünyada güc tarazlığının dəyişməsi İslam dünyasının xeyrinədir 
Bu gün dünyada vəziyyət daha o dövrdəki kimi deyil.  Biz həmişə bu həqiqətə diqqət etməliyik.   Bu gün  güc tarazlığı İslam dünyasının xeyrinə dəyişib.   Avropa və Amerikada baş verən müxtəlif siyasi və ictimai hadisələr, qərbin dərin struktur, idarəetmə və mənəvi zəifliyini bütün çılpaqlığı ilə  dünyaya ifşa etdi.
ABŞ-dakı seçki qalmaqalları və çox iddialı və təkəbbürlü liderlərinin qalmaqallı sınağı, ABŞ və Avropada koronavirusun geniş yayılması və bir il ərzində onların bu virusla  uğursuz mübarizəsi, Avorpanın ən önəmli ölkələrində son zamanlarda baş verən siyasi və ictimai qarışıqlıqlar, bunların hamısı qərbin tənəzzülünün  əlamətləridir.
Digər tərəfdən, İslam dünyasının ən həssas bölgələrində müqavimət güclərinin inkişaf etməsi,  müqavimət qüvvələrinin  hücum və müdafiə güclərinin artması,  müsəlman xalqlarda ümid, özünüdərketmə, motivasiyanın artması,  Quran və İslam şüarlarına yönəlmənin  çoxalması,  elmi inkişaf,  xalqlar arasında müstəqillik və özünə inamın artması daha yaxşı gələcək vəd edən göstəricilərdir.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button