ArxivXəbər lentiXəbərlər

İran səfiri prezident Əliyevlə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də İran İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadənin etimadnaməsini qəbul edib.

Səfir Cavad Cahangirzadə fəxri qarovul dəstəsinin qarşısından keçərək etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Azərbaycan ilə İran arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edən İlham Əliyev iki ölkənin əlaqələrinin bütün sahələrdə sürətlə inkişaf etdiyini bildirdi.

Səfir Cavad Cahangirzadə Azərbaycan ilə İran arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində hər iki ölkənin prezidentinin siyasi iradəsini əsas götürəcəyini deyib.

Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə, xüsusən təhlükəsizlik, nəqliyyat, infrastruktur layihələri, kənd təsərrüfatı, turizm kimi sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olundu.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button