ArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ayətullah Xamenei başsağlığı verib

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei  İran Silahlı Qüvvələrinin sabiq  Baş Qərargah rəisi, general-polkovnik Seyid Həsən Firuzabadinin vəfatı münasibətilə  başsağlığı  verib.

Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:
 “Mərhəmətli və bağışlayan Allahın adı ilə!
Mənim qədim həmkarım general-polkovnik cənab Seyid Həsən Firuzabadinin vəfatı münasibətilə hörmətli ailəsinə, övladlarına və digər  qohumlarına başsağlığı verirəm.
Bir ömür konstruktiv mübarizəsi –  Məşhəddə tələbəlik dövründəki mübarizəsindən tutmuş  İslam İnqilabının qələbəsindən sonrakı illərdəki müxtəlif və geniş fəaliyyətlərinə qədər, o cümlədən, Ali Müdafiə Şurasındakı fəaliyyəti, xüsusilə,  uzun müddət Silahlı Qüvvələrinin baş qərargah rəisi vəzifəsində çalışması və sonda  Məsləhət Şurasındakı üzvlüyü kimi fəaliyyətlərinin hamısı bu çalışqan və xeyirxah qardaşın mənəvi və axirət zəxirəsidir.
Bəndəçilik, dindarlıq, sadiqlik, iman və inqilabçı əməlində sabitqədəmlik bu dəyərli qardaşın həmişəki böyük imtiyazlarındandır. İnşallah, bütün bu səciyyəvi xüsusiyyətlər onun ilahi rəhmət və razılığa şamil olmasına səbəb olacaq. Allah-Taaladan onun üçün ilahi məğfirət, yaxınlarına isə aramlıq və səbir diləyirəm!”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button