ArxivXəbər lentiXəbərlər

Bakı-2015: Ev sahibi ikinci oldu/foto

Bakı-2015 I Avropa Yay Olimpiya Oyunlarına yekun vurulub.

APA-nın məlumatına görə, 17 gün ərzində 253 dəst mükafat uğrunda mübarizə aparan 50 ölkə təmsilçisinin yarışı sona çatıb. Son günü medalsız başa vuran Azərbaycan yığması ümumilikdə 2-ci yeri tutub.
Rusiya 79 qızıl, 40 gümüş və 45 bürünclə 164 medala sahib çıxıb və birinci olub. Azərbaycan 21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla, 56 medala yiyələnib.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Rusiyanın TASS agentliyinə müsahibəsində deyib: “Avropa Oyunlarının 100 milyon manatdan az məbləğ sərf olunan açılış və bağlanış mərasimi üçün büdcədən əlavə məbləğ istənilməyib”.
A. Rəhimov qeyd edib ki, Avropa Oyunlarının ümumi büdcəsi 960 milyon manat təşkil edib.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button