ArxivXəbər lentiXəbərlər

Azərbaycan R. zəvvarları Kərbəla yolunda

Şəhidlər ağası Həzrət Əba Əbdillah Əl-Hüseyn(ə) Ərbəinin yaxınlaşması ilə Qızıl Aşura Məktəbinin Azərbaycan Respublikasından olan vurğunları da özlərini böyük Hüseyn(ə) Ərbəini toplantısına çatdırırlar.

IRIB-nin Bakı ofisinin məlumatına görə, Azərbaycan Respublikasındakı Hüseyn(ə) vurğunları İran İslam Respublikasının sərhəd keçidlərini keçdikdən sonra İraq torpağına daxil olur və oradan da Nəcəfi-Əşrəfə yola düşürlər. Onlar müxtəlif nöqtələrdən gəlmiş Ərbəin zəvvarları karvanına qoşularaq, piyada surətdə Müqəddəs Kərbəlaya və  böyük Ərbəin toplantısına doğru hərəkət edirlər.

Azərbaycan Respublikasından olan zəvvarlardan əlavə, Mərkəzi Asiya və Rusiyadan olan çoxlu sayda zəvvar da İranın Azərbaycan Respublikasındakı konsulluğundan viza aldıqdan sonra İranın sərhəd keçidləri vasitəsilə Müqəddəs Kərbəlaya yola düşür.

İran İslam Respublikasının Bakıdakı səfirliyinin konsulluq şöbəsinin müdiri Seyid Nasir Mir Camali bu haqda belə deyib: Bu məqsədlə, konsulluq çox öncələrdən öz kadrlarının qabiliyyəti və imkanlarından istifadə edərək,  Həzrət Əba Əbdillah Əl-Hüseyn(ə) zəvvarlarına viza verməyə başlayıb və Mərkəzi Asiya və Rusiyadan olan zəvvarlara viza verməkdə davam edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button