ArxivXəbər lentiXəbərlər

Silk Way terrorçulara silah daşıyıb? SƏNƏDLƏR

Azərbaycanın dövlət aviasiya şirkəti olan Silk Way Airlines son 3 il ərzində diplomatik reyslər adı altında Şərgi Avropa ölkələrindən bütün dünyada silahlı münaqişə zonalarına silah çatdırır. Bu barədə jurnalist Dilana Qaytanciyevaya Anonymous Bulgaria adı altında fəaliyyət göstərən hakerlərin ötürdüyü sənədlər əsasında Bolqarıstanın “Trud” qəzeti yazıb.

Sənədlərə əsasən, Silk Way Airlines diplomatik pərdə altında 350 reys həyata keçirib. Hər dəfə bir hissəsi İŞİD yaraqlılarına çatdırlmaqla, onlarla ton silah aparıb. Jurnalistin əlinə düşən sənədlər arasında Bolqarıstan XİN-i ilə Azərbaycanın Bolqarıstanda səfirliyi, digər Avropa ölkələri, ABŞ, Səudiyyə Ərəbistanı, Türkiyə və BBƏ arasımda yazışmalar da var.

Silk Way Airlines silah istehsal edən özəl şirkətlərə və bir sıra dövlətlərin hərbi qurumlarına yoxlamadan keçməyən diplomatik reyslərlə silah daşımağı təklif edir.

Bolqarıstanın baş naziri və hakim partiyanın sədri Boyko Borisov Azərbaycanın prezidenti və hakim partiyasının sədri İlham Əliyevlə görüşərkən

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) qaydalarına görə, təhlükəli yükləri, o cümlədən silahları ixrac edən ölkənin aviatənzimləyicisinin xüsusi icazəsi olmadan mülki təyyarələrdə daşımaq qadağandır.

Azərbaycanın dövlət aviasiya şirkəti xarici siyasət qurumları tərəfindən xüsusi icazələr alıb. İndiki halda söhbət Bolqarıstan, Serbiya, Rumıniya, Çexiya, Macarıstan, Slovakiya, Polşa, Türkiyə, Almaniya, Böyük Britaniya, Yunanıstan və s. gedir.

Boyko Borisov və Mehriban Əliyeva

Nəşrin yazdığına görə, “diplomatik silah reysi” xidmətinin əsas istifadəçiləri ABŞ şirkətləridir. Bu şirkətlər ABŞ müttəfiqlərinin NATO standartlarından kənar sursatla təmin etməyə dair dövlət proqramında iştirak edir (Vaşınqton bunun üçün büdcədən 1 mlrd. dollardan çox vəsait ayırıb).

Bundan əlavə, nəşr qeyd edir ki, əgər Silk Way Airlines uçuşu həyata keçirə bilmirsə, onu Azərbaycan HHQ əvəz edir.
Belə ki, 2015-ci ilin mayın 12-də azərbaycanlılar Bolqarıstanın Burqas, Türkiyənin İncirlik, Azərbaycanın Nasosnı aerodromı marşrutu ilə 17,9 min ton qumbaratan daşınıb. Sənədlərə əsasən, yük Türkiyədə boşaldılıb. Reysin sifarişçisi silahları Bolqarıstanın “Vazov maşınqayırma zavodu”ndan silah alan ABŞ-ın Purple Shovel şirkətidir.

Silk Way Airlines-in daha bir fəal müştərisi Səudiyyə Ərəbistanıdır. 2016 və 2017-ci illərdə Azərbaycanın aviaşirkəti 23 diplomatik reys həyata keçirib. Sifarişçi kimi Bolqarıstanın VMZ və Transmobile, Serbiyanın Yugoimport, Azərbaycanın CIHAZ silah istehsalçıları olub. Məlum olduğu kimi, Səudiyyə Ərəbistanı NATO standartlarından kənar silah istifadə etmir və onu Yəməndəki tərəfdarlarına və Suriyadakı radikallara çatdırır.

Yazıda xatırladılır ki, bir ay əvvəl Mosulun azad edilən hissəsində İraq hərbçiləri İŞİD-in silah anbarlarında Bolqarıstandan gətirilən tank əleyhinə toplar tapmışdılar.

Bundan əlavə, hakerlərin açdığı sənədlərdə “diplomatik poçtla” Əfqanistan ordusu və polisi üçün ağ fosforun çatdırılmasından da bəhs edilir.

Nəşr qeyd edir ki, sənədlərlə bağlı Silk Way Airlines-ə, silah tədarük edən şirkətlərə və müxtəlif dövlətlərin dövlət qurumlarına sorğu göndərilib, lakin heç kim cavab verməyib.

Başqa sənəd və fotolar üçün bura daxil olun:
http://colonelcassad.livejournal.com/3519834.html?utm_source=fbsharing&utm_medium=social

Məqalə ingilis və bolqar dillərində:
https://trud.bg/350-diplomatic-flights-carry-weapons-for-terrorists/

https://trud.bg/350-%D0%B4%D0%B8%D0%BF%D0%BB%D0%BE%D0%BC%D0%B0%D1%82%D0%B8%D1%87%D0%B5%D1%81%D0%BA%D0%B8-%D0%BF%D0%BE%D0%BB%D0%B5%D1%82%D0%B0-%D0%B4%D0%BE%D1%81%D1%82%D0%B0%D0%B2%D0%B8%D0%BB%D0%B8-%D0%BE%D1%80%D1%8A/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button