ArxivXəbər lentiXəbərlər

İŞİD bu dəfə Rusiyanı hədələdi – Fotolar

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, İŞİD-ə məxsus Siteintelgroup.com saytı bu dəfə 2018 Dünya Çempionatının keçiriləcəyi Moskvada terror törədəcəyi ilə bağlı məlumat yayıb.
Sayt bu çempionatın istər oyunçular, istərsə də azarkeşlər üçün “Ölüm-qalım matçı” olacağını qeyd edib.
Cəsus Skripalın zəhərlənməsi hadisəsi və İŞİD terror qruplaşmasının hədələrindən sonra 2018 Dünya Çempionatının reytinqi xeyli aşağı düşüb. Bu, FİFA-nın gəlirlərinə də mənfi təsir edir.
İlin əvvəlində İŞİD Volqaqrad stadionunun fonunda silahlı və bombalı bir terrorçunun görüntüsünü yayımlayıb. Fotonun altında “bizi gözlə” sözləri yazılıb.
Qeyd edək ki, bu, İŞİD-in ilk belə təhdidi deyil. Terror qruplaşması daha öncə Roma papasını, əfsanə futbolçular Lionel Messi və Neymarı da hədələmişdilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button