AktualArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

AEBA rəhbəri yüksək səviyyəli danışıqlar aparmaq üçün İrana gəlib

Qrossini bazar ertəsi Tehrana gəldikdən sonra İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi qarşılayıb.
Qrossinin İrana səfəri zamanı sıx qrafiki olacaq.
Onun mayın 6-dan 8-dək İranın mərkəzindəki İsfahan vilayətində keçiriləcək Beynəlxalq Nüvə Elmləri və Texnologiyaları Konfransında çıxış edəcəyi və İranın yüksək səviyyəli rəsmiləri, o cümlədən Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami və xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə danışıqlar aparacağı gözlənilir.
Qeyd edək ki, ilk Beynəlxalq Nüvə Elmləri və Texnologiyaları Konfransı bu gün İsfahanda İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslaminin çıxışı ilə öz işinə başlayıb. 
Qrossi sabah Beynəlxalq Nüvə Elmləri və Texnologiyası Konfransında iştirak etməklə yanaşı tom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami ilə görüşəcək və sonra keçirələcək mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button