Aktual

AİP Mövsüm Səmədovun səhhətilə bağlı bəyənat yaydı

Bu haqda İslamazeri.az-a İslam Partiyasının mətbuat xidmətindən məlumat daxil olub

Bəyanatda deyilir:

İyun ayının 27-də saat 18 radələrində AİP-ə qurumun sədri Hacı Mövsüm Səmədovun səhhətində dəyişiklik baş verməsi ilə əlaqədar anonim məlumat daxil oldu. Elə həmin saat AİP funksionerləri M. Səmədovun durumu ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində oldu, onun vəziyyəti ilə yaxından tanış olmağa cəhd göstərdilər. Xidmətin əməkdaşları M. Səmədovun səhhətində heç bir dəyişikliyin olmaması barədə məlumat versələr də görüş üçün heç bir şərait yaradılmadı. Bütün sorğulara baxmayaraq əlavə heç bir məlumat verilmədi.Mövsüm Səmədovun son durumunu öyrənmək məqsədilə vəkil Anar Qasımovun onunla qanuni görüş təşəbbüsünün reallaşmasına da dünən süni maneələr yaradılmış, görüşə icazə verilməmişdir.Artıq həbsxana divarları arasında baş verən anlaşılmazlıqlardan doğan şübhələr ölkə ictimaiyyətində M. Səmədov barədə ciddi narahatlıq yaratmışdır. Xalqa gərəkli ictimai-siyasi xadimin taleyinə, təhlükəsizliyinə, müdafiəçisi olduğu vəkillə əlaqəsinə biganəlik istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə dövlətə və xalqımıza başucalığı gətirməz.Hakimiyyət İslamçılara qarşı münasibətdə buraxdığı səhvi aradan qaldırmaq əvəzinə problemi daha da dərinləşdirir. Azad insanların düşüncəsini dəyişmək, susdurmaq bəşəriyyətin ən zalım qövmünə, qaniçən cəlladlarına belə nəsib olmamışdır. İslamçılarla yazılmamış qanunlar əsasında rəftar etmək bir daha sübüt edir ki, ölkə qanunlarla deyil, ambisiya və kənar qüvvələrin maraqları ilə idarə olunur, seçilmiş insanlar cəzalandırılır.AİP bütün bunların bir səbəbini də qurumun Baş Məclisində Mövsüm Səmədovun şərlənərək qeyri-qanuni həbs olunması nəzərə alınaraq prezident seçkilərində ən layiqli namizəd kimi irəli sürülməsinin hakimiyyətdə yaratdığı vahimə və narahatlığın nəticəsi kimi qiymətləndirir.Biz bir daha bəyan edirik ki,məhbus həyatı yaşamasına, sıxıntılara məruz qoyulmasına baxmayaraq Mövsüm Səmədov və hər gün təqib olunan Azərbaycan İslam Partiyası ölkədə baş verən haqsızlıq və ədalətsizliklərlə, dinimizə qarşı atılan bütün neqativ addımlarla, süni qadağalarla mübarizəmizi davam etdirəcəyik.

02.07.2013″

islamazeri.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button