ArxivXəbər lentiXəbərlər

Vəhdət Həftəsinin əməlləri

Hər il hicri-qəməri təqvimlə rəbiul-əvvəl ayının 12-17-ci günlərin İslam dünyası “vəhdət həftəsi” kimi qeyd edir. Rəvayətlərə əsasən, İslam Peyğəmbəri Həzrəti Məhəmməd (s) məhz bu günlərin birində dünyaya göz açıb.
Həzrət Məhəmməd peyğəmbər (s) doğulan zaman artıq atası Abdullah bin Əbdülmuttəlib dünyadan getmişdi. Yetim qalan Məhəmməd 6 yaşında ikən anası Aminəni də itirir. Onun qəyyumluğunu babası, daha sonra isə əmisi Əbu-Talib öhdəsinə götürür. Cahiliyyətin və nadanlığın hökm sürdüyü Məkkədə gününü çobanlıqla (çox az bir qismini ticarət) keçirmiş Məhəmmədə vəhyin nazil olması ərəb əyanlarını həsədə və paxıllığa düçar edirdi. Onlar ümumiyyətlə, peyğəmbərliyin əyanlara məxsus olduğu iddiasında idilər. Lakin, uca Allahın hikməti belə tələb edirdi ki, sonuncu səmavi dinini ehtiva edən və qeybdən, gələcəkdən xəbər verən ilahi vəhy məktəb, müəllim, yazma, oxuma bilməyən və olduğu cəmiyyətdə düzgün, dürüst və əmanətdar kimi tanınan birinə verilsin. Bu şərtlərin hamısı yalnız gənc Məhəmməddə cəmləşirdi. Məhz bu səbəbdən idi ki, bütpərəstlər Məhəmmədi “sən bu Quranı özün yazmısan”, “sən özün bunları bilirsən” deməklə ittiham edə bilmirdilər.
Bu gün Azərbaycan da daxil olmaqla bir çox dünya ölkələrində həzrət Məhəmməd peyğəmbər (s) və altıncı imamın doğum günü ilə bağlı tədbirlər keçirilir.
Bu günün xüsusi ibadi əməlləri var. Onları aşağıda qeyd edirik:
1. Qüsl etmək.
2.Oruc tutmaq (Bu gün oruc tutan şəxsin savabı il boyu oruc tutmaq savabına bərabərdir).
3. Namaz (İki rikətli namazdır; hər iki rikətdə “Fatihə” surəsindən sonra 10 dəfə “Qədr” və 10 dəfə “İxlas” surəsini  oxumaq).
4. Sədəqə vermək.
5. Hz.Məhəmməd (s) peyğəmbəri ziyarət etmək. (Bu gün peyğəmbərin(s) qəbrini ziyarət etmək çox böyük savabdır. İmkanı olmayanlar onu uzaqdan ziyarət edə bilərlər. Bunun üçün dua kitablarında bir neçə ziyarət nəql olunmuşdur. Bunu da edə bilməyənlər dayandığı yerdən “Əssəlamu əleykə Ya Rəsuləllah” desələr belə kifayətdir. Rəvayətdə Hz.Rəsuli-Əkrəm buyurmuşdur: “Hər kim mənim qəbrimi ziyarət edərsə, elə bil məni sağlığımda ziyarət etmişdir. Mənim qəbrimi ziyarət edə bilməyən dayandığı yerdən mənə salam göndərsin”).
6.Hz.Əlini (ə) ziyarət etmək. (Hz.Əlinin(ə) qəbrini yaxından və yaxud uzaqdan ziyarət etmək).
7. Bu günü əziz tutmaq və qeyd etmək. (Seyyid ibn Tavus “əl-İqbal” kitabında bu günü qeyd etməyi tapşırmışdır. Çünki bu gün insanların və peyğəmbərlərin(ə) ən üstün şəxs dünyaya gəlmişdir.).
Onu da qeyd edək ki, əziz İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) mövludu 2015-ci ildə iki dəfə qeyd olunacaq. Belə ki, bu il Hicri-qəməri təqvimlə rəbiul-əvvəl ayının 12-17-ci günləri  2015-ci il  yanvarın 4-9-u tarixinə və 2015-ci il dekabrın 24-29-u tarixinə təsadüf edir və bu günləri İslam dünyası “vəhdət həftəsi” kimi qeyd edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button