ArxivIslamNardaranXəbər lentiXəbərlər

Hacı Tale Bağırzadəyə: Hansı anadan mehriban dayənin hörmətinə öz adamlarını belə əzirlər/Barmaqlıqların qırılıb, aşiqlərin öz pərvanəlik haqqını yenidən başlayacağı gün çox yaxındır.

Hansı cəbhədə öz dininə qarşı qılınc çəkir, şeytanı öz süfrələri başında oturdur və onların soyuq fitnə əllərini səmimiliklə sıxırlar?
Qafqaz Mədəniyyət Mərkəzi – Mina Sadat Hüseyni
Həmd olsun O Allaha ki, bizi həqiqət yolunun nuruna tərəf hidayət etdi və “Ey Rəbbim! Köksümü açıb genişlət!İşimi yüngülləşdir!Dilimdəki düyünü aç”ı bizim haqqımızda qəbul etdi.
Öz lütfü sayəsində imanımızı bərəkətləndirdi, bizi bəndəlik inancına çatdırdı ki, heyrətləndirici sirlərin açılması üçün dil açaq, göz açaq və görək ki, etiqadı necə zəncirləmək və eşqinecə cəza darına çəkmək olar?
Necə ola bilər ki, pərvanələr öz pərvanəlik haqqını zay etsin və aşiqlərdən, məhrum…
Bəşəriyyəti hansı haqqı yeməkdə və yeməməkdə məhkum edirlər ki, belə bir həyat və bu sayaq yanmaq…
Bir yurdu necə təcrid edirlər? Halbuki, bu yurdda nəfəslərin 90 faizindən çoxu müsəlmanlıq eşqi ilə gedib-gəlir.
Bu sərbəst dünyanın hansı qanununda söz azadlığı və insan haqları zindan barmaqlıqları arxasında qalır?
Hansı bəhanə ilə canlar Allahdan xəbərsiz bəzilərinin axmaqlığının qurbanı olur?
Xəbisliklər və haram tikələr hardan qaynaqlanır ki, qanı şüşəyə tutub, insan hüquqlarını pozan ağalarına təqdim edilir?
Hansı xam xəyallara aldanıblar ki, xalqlarının zəkasına göz yumublar? Oyanışları eşitmirlərmi?
Hansı anadan mehriban dayənin hörmətinə öz adamlarını belə əzirlərvə bu qanlı iftixar üçün əl-ayaq sındırırlar?
Hansı cəbhədə dayanaraq öz dininə qarşı qılınc çəkir, şeytanı öz süfrələri başında oturdur və onların soyuq fitnə əllərini səmimiliklə sıxırlar?
Anaların və bacıların məsumluq və məzlumluq ahı onların yaxasından yapışacağı gün çox yaxındır.
İmanların oyanacağı, nilufərlərin öz qəflət yuxusundan ayılaraq bütün bu illərin zülmünün intiqamını alacağı gün çox yaxındır.
Barmaqlıqların qırılıb, aşiqlərin öz pərvanəlik haqqını yenidən başlayacağı gün çox yaxındır.
Rüsvaylıq teştlərinin diktatorluq damının üzərindən düşərək dünyanı xəbərdar edəcəyi gün çox yaxındır.
Oyanış yolu iman çırağı ilə işıqlanmışdır. Baxmayaraq istismar dünyası quduzlaşıb və bu çırağı söndürmək üçün var gücünü toplayıb. Ancaq bu məzlum oyanış Allaha və dünyana ədalət şirinliyini dadızdıracaq ümumibəşər bir dinə arxalanıb. İnşallah…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button