ArxivXəbər lentiXəbərlər

AŞPA-nın baş məruzəçisi Əfqan Muxtarlı ilə bağlı bəyanat verdi

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) söz azadlığı və jurnalistlərin təhlükəsizliyi məsələləri üzrə baş məruzəçisi Vladimir Aryev azərbaycanlı jurnalist Əfqan Muxtarlının işi üzrə bəyanatla çıxış edib.

AŞPA-nın saytında dərc edilmiş bəyanatda Muxtarlının taleyindən narahatlıq ifadə olunur. Bildirilir ki, jurnalistin Gürcüstan paytaxtında oğurlandığı və məcburi şəkildə qonşu Azərbaycana gətirildiyi güman olunur. O, Azərbaycanda həbsdə saxlanılır.

Bəyanatda qeyd edilir ki, bu işə Avropa Şurasının jurnalistikanın və jurnalistlərin təhlükəsizliyinin müdafiəsinə yardım Platforması tərəfindən nəzarət olunur. Lakin Azərbaycan hakimiyyətindən hələ heç bir cavab alınmayıb.

“Azərbaycanda dissidentlərə qarşı, xüsusən də müstəqil mətbuata qarşı repressiyaların fəallaşmasını pisləyirəm. Aydındır ki, bu hücum Azərbaycan hakimiyyətinin korrupsiyası haqqında materialları ilə məşhur olan araşdırmaçı jurnalistləri susdurmaq məqsədilə törədilib”, – deyə Aryev bildirir.

O, Azərbaycan hakimiyyətini saxlanılmış jurnalisti dərhal azad etməyə çağırıb.

“Mən AŞPA-da həmkarlarım Boris Çileviçə və Kerstin Lundqrenə qoşuluram və Gürcüstan hakimiyyətini bu iş üzrə bütün ittihamları araşdırmağa və bu araşdırmaların nəticələri haqqında Assambleyaya lazımi şəkildə məlumat verməyə çağırıram”, – deyə Aryevin bəyanatında qeyd edilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button