ArxivXəbər lentiXəbərlər

Hüquq-müdafiə İttifaqı: 2018-ci ildə azadlıqlarla bağlı vəziyyət pisləşib

Başa çatmaqda olan 2018-ci il ölkə üçün mühüm siyasi hadisələrlə yadda qaldı. Belə ki, bu il növbədənkənar prezident seçkiləri keçirildi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olundu. Lakin bununla yanaşı insan hüquqları ilə bağlı vəziyyət pisləşməkdə davam etdi. Bu barədə “Azərbaycanda siyasi məhbusların azadlığı uğrunda” İttifaqının bəyanatında deyilir.
“Hüquq-müdafiə təşkilatlarının fəaliyyətinə maneələrin davam etməsilə yanaşı Vəkillər Kollegiyası vasitəsilə müstəqil vəkillərə təzyiqlər başladı”, – İttifaqın koordinatoru Elşən Həsənov bildirib.
2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmasına baxmayaraq, yubiley tədbirlərinin keçirilməsi faktiki olaraq qadağan edildi.
28 May Respublika Günü ilə bağlı bayram yürüşündə iştiraka görə 5-dən çox adam saxlanılıb və inzibati qaydada həbs olunub.
2018-ci ildə vətəndaşların Avropa İnsan Hüquqları Konvensiyasında təsbit edilmiş hüquqlarının pozulması davam edib. Əsasən fikrin ifadə olunması, söz, vicdan və din, toplaşma azadlıqları pozulub.
Siyasi motivli həbslər praktikası davam edib.
Hazırda ölkədə 150 siyasi məhbus var və onlardan çoxu dindardır.
Hətta həbsxanalarda da siyasi məhbuslara təzyiq göstərilir, onlar işgəncələrə məruz qalır, onlara qarşı yeni iş açılır.
İttifaq hüquq-müdafiəçiləri Leyla və Arif Yunusların “Sovet düşərgəsindən Azərbaycan həbsxanasına” əsərinin “İlin kitabı” mükafatına layiq görülməsi barədə qərar qəbul edib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button