ArxivIslamXəbər lentiXəbərlər

Təhlükəli “üçlüyün” regional “təhlükəsizlik” planı – Kardinallar Qüdsdə bir araya gəlir

Eldəniz Quliyev: “Üçlüyün” nəzərdə tutduğu görüş daha çox məkrli projedən xəbər verir və əzrailin bala paylaması məsəlini xatırladır”

Xəbər verildiyi kimi, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və İsrail Milli Təhlükəsizlik Şurasının sədri Meir Ben Şabbat Qüdsdə görüşəcəklər.

Yerli mediaya əsasən, məlumatı Ağ Ev yayıb. Görüşdə əsas müzakirə mövzusunun regional təhlükəsizlik məsələlərinin olacağı bildirilib.

Ağ Ev görüşün iyun ayında baş tutacağını qeyd edib.

Maraqlıdır, ABŞ, Rusiya və İsrailin yüksək çinli dövlət nümayəndələrinin regional təhlükəsizlik məsələlərinin müzakirəsinə həsr olunacaq görüşünün məhz işğal altındakı Qüdsdə keçirilməsi doğrudanmı təhlükəsizliyin qorunmasına hesablanıb?

Mövzunu “İslamınSesi”nə şərh edən Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın üzvü Eldəniz Quliyev dedi ki, ABŞ, Rusiya və İsrail nümayəndələrinin regionun təhlükəsizliyi ilə bağlı aparacaqları müzakirələr həqiqətdən çox-çox uzaq olacaq: “60 ildən çoxdur İsrailin işğalı altında olan Qüdsdə regional təhlükəsizlik məsələlərinin müzakirəsi heç bir məntiqə sığmır. Amerikanın, Rusiyanın məkrli xarici siyasəti bizə gün kimi aydındır. Sionist İsrail rejiminin bitməyən işağlçı siyasətindən isə danışmağa dəyməz. İsrail həmişə təcavüzkar dövlət olub və həmişə özgə torpaqlarına göz dikib. O baxımdan inanmıram ki, bu “üçlüyün” görüşü “üç müşketyor”un görüşü kimi olub, haqqa, həqiqətə söykənsin. Əslində, həmin “üçlüyün” nəzərdə tutduğu görüş daha çox məkrli və gizli planlardan xəbər verir və əzrailin bala paylaması məsəlini xatırladır”.

Eldəniz Quliyev əlavə etdi ki, Rusiya Qüds şəhərinin işğalı məsələsində indiyə qədər qeyri-müəyyən mövqe sərgiləyib. ABŞ prezidenti Donald Tramp isə Qüdsü İsrailin paytaxtı kimi tanıyaraq səfirliyin Tel Əvivdən bu müqəddəs şəhərə köçürülməsi qərarını verməklə sionist rejiminin tərəfində olduğunu göstərir: “Əslində, Trampın niyyəti baş tutan deyil, hətta o, başını daşdan daşa vursa da, cəhdi fiaskoya uğrayacaq.Amma əlbəttə, bütün hallarda müsəlman ümməti Fələstin torpaqlarının, Qüdsün İsrailin işğalından azad edilməsi məsələsində ehtiyatlı olmalıdır. Yəni demək istədiyim budur ki, Fələstinin azadlığı ayrı-ayrı qrupların, ayrı-ayrı İslam ölkələrinin işi deyil. Bunun üçün müsəlman dövlətlərinin vahid doktrinası, vahid strategiyası olmalıdır. Yalnız bu halda taktiki addımlar atmaq mümkündür. Çox zaman atdığımız addımlar, apardığımız mübarizələr nəticəsiz qalır. Çünki strategiyamız yoxdur. Əvəzində beynəlxalq sionizm hələ güclüdür, hələ məkrlidir, öz istəklərini həyata keçirməkdə israrlıdır. Ancaq digər tərəfdən, bəşəriyyət də mütərəqqiləşir, kimin ədalətsiz olduğunu, sülh prosesinə dair “vəd”lərə aldandığını anlamağa başlayır. Fələstin Müqavimətinə həmrəyliyi ifadə edən Qüds günü də bunu anlamağa köməklik göstərən, örnək olan tarixi günlərdən biridir”.

Xəbər verildiyi kimi, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və İsrail Milli Təhlükəsizlik Şurasının sədri Meir Ben Şabbat Qüdsdə görüşəcəklər.

Yerli mediaya əsasən, məlumatı Ağ Ev yayıb. Görüşdə əsas müzakirə mövzusunun regional təhlükəsizlik məsələlərinin olacağı bildirilib.

Ağ Ev görüşün iyun ayında baş tutacağını qeyd edib.

Maraqlıdır, ABŞ, Rusiya və İsrailin yüksək çinli dövlət nümayəndələrinin regional təhlükəsizlik məsələlərinin müzakirəsinə həsr olunacaq görüşünün məhz işğal altındakı Qüdsdə keçirilməsi doğrudanmı təhlükəsizliyin qorunmasına hesablanıb?

 Mövzunu “İslamınsəsi”nə şərh edən Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın üzvü Eldəniz Quliyev dedi ki, ABŞ, Rusiya və İsrail nümayəndələrinin regionun təhlükəsizliyi ilə bağlı aparacaqları müzakirələr həqiqətdən çox-çox uzaq olacaq: “60 ildən çoxdur İsrailin işğalı altında olan Qüdsdə regional təhlükəsizlik məsələlərinin müzakirəsiheç bir məntiqə sığmır. Amerikanın, Rusiyanın məkrli xarici siyasəti bizə gün kimi aydındır. Sionist İsrail rejiminin bitməyən işağlçı siyasətindən isə danışmağa dəyməz. İsrail həmişə təcavüzkar dövlət olub və həmişə özgə torpaqlarına göz dikib. O baxımdan inanmıram ki, bu “üçlüyün” görüşü “üç müşketyor”un görüşü kimi olub, haqqa, həqiqətə söykənsin. Əslində, həmin “üçlüyün” nəzərdə tutduğu görüş daha çox məkrli və gizli planlardan xəbər verir və əzrailin bala paylaması məsəlini xatırladır”.

Eldəniz Quliyev əlavə etdi ki, Rusiya Qüds şəhərinin işğalı məsələsində indiyə qədər qeyri-müəyyən mövqe sərgiləyib. ABŞ prezidenti Donald Tramp isə Qüdsü İsrailin paytaxtı kimi tanıyaraq səfirliyin Tel Əvivdən bu müqəddəs şəhərə köçürülməsi qərarını verməklə sionist rejiminin tərəfində olduğunu göstərir: “Əslində, Trampın niyyəti baş tutan deyil, hətta o, başını daşdan daşa vursa da, cəhdi fiaskoya uğrayacaq.Amma əlbəttə, bütün hallarda müsəlman ümməti Fələstin torpaqlarının, Qüdsün İsrailin işğalından azad edilməsi məsələsində ehtiyatlı olmalıdır. Yəni demək istədiyim budur ki, Fələstinin azadlığı ayrı-ayrı qrupların, ayrı-ayrı İslam ölkələrinin işi deyil. Bunun üçün müsəlman dövlətlərinin vahid doktrinası, vahid strategiyası olmalıdır. Yalnız bu halda taktiki addımlar atmaq mümkündür. Çox zaman atdığımız addımlar, apardığımız mübarizələr nəticəsiz qalır. Çünki strategiyamız yoxdur. Əvəzində beynəlxalq sionizm hələ güclüdür, hələ məkrlidir, öz istəklərini həyata keçirməkdə israrlıdır. Ancaq digər tərəfdən, bəşəriyyət də mütərəqqiləşir, kimin ədalətsiz olduğunu, sülh prosesinə dair “vəd”lərə aldandığını anlamağa başlayır. Fələstin Müqavimətinə həmrəyliyi ifadə edən Qüds günü də bunu anlamağa köməklik göstərən, örnək olan tarixi günlərdən biridir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button