ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ayətullah Rza Ramazani Marneulidə olub – FOTO/VİDEO

Dünən Marneulidə Marnelidə – Əhlibeyt Cəmiyyətinin mərasim salonunda “Hz. Fatimeyi Zəhranın (s.ə) şəxsiyyəti və məqamı” mövzusunda seminar keçirilib.
Qafqaz.ir xəbər verir ki, seminarda Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şeyxi Hacı Ramin İgidov, Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi Ayətullah Rza Ramazani və onu müşayiət edən nümayəndə heyəti, Marneuli Bələdiyyəsinin imam cümələri – Hacı Rasim Məmmədov, Hacı Əziz Nəbiyev və Hacı Hacıyev, İranın Gürcüstandakı Səfirliyinin diplomatları, din xadimləri, inanclı şəxslər, ictimai şəxslər və gənclər iştirak edib.
Qurani-Kərimin tilavəti ilə açıq elan olunan hər iki tədbirdə öncə BGMİ-nin şeyxi Hacı Ramin İgidov çıxış edib və Gürcüstanda Dini durum, dövlətin dinə dəstəyi, dini təşkilat və din xadimlərinin təqdirəlayiq fəaliyyətindən danışıb.
Seminarda çıxış edən Ayətullah Rza Ramazani Hz. Fatimeyi Zəhranın (s.ə) və Peyğəmbər (s.ə) Əhli-beytinin (ə) məqam və fəzilətlərindən, örnək həyatlarından danışıb.
Baş katib Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadzenin dəvəti ilə Gürcüstana gəldiyini bildirib:
“İlk növbədə Gürcüstanda olmağımdan çox şadam, buradan gözəl təssüratlarnan qayıdıram. Burada çox önəmli görüşlərimiz oldu. Biz Gürcüstana hörmətli Zaza Vaşakmadzenin rəhbərlik etdiyi idarə və Gürcüstan Müsəlmanları İdarəsinin rəhbərinin dəvəti ilə gəlmişik. Zaza Vaşakmadze ilə önəmli və faydalı görüşmüz oldu, eləcə də cənab II İlyanın özü nasaz olduğuna görə iştirak edə bilməsə də, onun həmkarları ilə mühüm və faydalı görüşlərimiz baş tutdu.
Gürcüstanda bizim müşahidə etdiymiz məsələlərdən biri Gürcüstan dövlətinin yerli dini azlıqların hüquqlarına çox diqqət etməsi və hətta, Sovet İttifaqı dövründə, zərər çəkmiş dinlərə ayırdığı kompensasiya, bunlar hamsi bir təqdirə layıq hərəkətdir. Eləcə də biz burada çox hərəkətli Gürcüstan azərbaycanlıları, müsəlmanların başqa dinin nümayəndələri ilə çox sülh və amin aman bir tolerant ortamda yaşadığının şahidi olduq”.
Əhli-Beyt Cəmiyyətində baş tutan proqramdan sonra Ayətullah Rza Ramazani Marneuli Hz. İmam Əli (ə) Məscidini ziyarət edib, burada şam namazı qılıb və xütbə edib.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button