ArxivXəbər lentiXəbərlər

Ayətullah Həmədani Şəhidlər Xiyabanında və Heydər Məscidində olub – FOTO

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) dəvəti ilə Azərbaycanda səfərdə olan İran İslam Respublikasının tanınmış din xadimi Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədaninin rəhbərlik etdiyi nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarət edib.

 Şeyx Hüseyn Nuri Həmədani şəhidlərin ruhuna dualar oxuyub, daha sonra şəhərin mənzərəsinə baxıb.

 Bundan sonra iranlı ayətullah Heydər və Bibi-Heybət məscidlərini ziyarət edərək, sonra Təzə Pir məscidində namaz qılıb.

 Şeyx Hüseyn Nuri Həmədaninin səfər çərçivəsində Bakı şəhərində, Şamaxı və Gəncədə bir sıra görüşləri nəzərdə tutulub. Səfərin digər günlərində Şamaxı Cümə məscidi ilə tanışlıq nəzərdə tutulub. Daha sonra Gəncədə Nizami Gəncəvi məqbərəsinin, Şah Abbas məscidinin ziyarəti və İmamzadə kompleksi ilə tanışlıq olacaq. Səfər sentyabrın 4-də başa çatacaq.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button