AktualAktualArxivXəbər lentiXəbərlər

Ayətullah Xamenei: “25 ildən sonra sionist rejim deyə bir şey olmayacaq”

Seyid Əli Xamenei müxtəlif xalq təbəqələri ilə görüşüb

İslamazeri.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu gün xalqın müxtəlif təbəqələri ilə görüşən İran İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xamenei Amerikanın İran əleyhinə düşmənçiliyini gizlətmədiyini, bir tərəfdən güldüyünü, digər tərəfdən isə İranı təhdid etdiyini ifadə edərək müzakirələrə can atan və onu vasitə olaraq istifadə edən ABŞ-ın İrana sızmaq niyyətində olduğunu deyib. Ayətullah Xamenei müəyyən səbəblərə görə Amerika ilə nüvə danışıqlarını qəbul etdiklərini və İranın nüvə müzakirələri üzrə nümayəndə heyətinin bu sahədə uğurlu olduqlarını vurğulayıb. İranın Ali Dini Lideri digər sahələrdə ABŞ-la müzakirələrə qoşulmayacaqlarını sözlərinə əlavə edib. Sionist İsrail rejiminin son bəyanatlarına işarə edən Ayətullah Xamenei nüvə müzakirələrindən sonra sionist rejiminin “Gələcək 25 ildə İrandan ehtiyat etməyəcəyik” – şərhinə toxunub. Ayətullah Xamenei belə söyləyib: “Sizə səslənirəm; Hər şeydən əvvəl siz  gələcək 25 ili görməyəcəksiniz və inşallah 25 ildən sonra sionist rejim deyə bir şey olmayacaq. İkincisi, bu dövrdə mübarizə və müqavimət əhval-ruhiyyəsi bir an belə sionist rejimi rahat buraxmayacaq.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button