AktualAktualArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Aşura günü Şəhidlər Xiyabanı ziyarət edildi FOTO

Məhərrəm ayının 10-cu günü bütün müsəlman dünyasında Aşura günü olaraq qeyd edilir. Əba Əbdullah (ə) sevdalıları dünyanın hər guşəsində Kərbəla şəhidlərini anır, rövzə və mərsiyə deyir, əzadarlıq keçirir.

Azərbaycanda da İmam Hüseyn (ə) aşiqləri bu müsibətli şəhadəti müxtəlif formalarda anıb, göz yaşları ilə Əhli-Beytin (ə) qəminə şərik olublar.

Hər il olduğu kimi, iman əhli tərəfindən Şəhidlər Xiyabanı da ziyarət edilib. Burada dualar edilib, əzadarlıq saxlanılıb. Ziyarət, sağlamlıq qaydalarına riayət edilməklə həyata keçirilib.

Ziyarətin sonunda Kərbəla şəhidləri, Qarabağ şəhidləri, müstəqilliyimiz uğrunda canından keçmiş şəhidlərimiz dualarla anılıb.

Tədbir, cəmlə “Fərəc” duasının oxunması ilə yekunlaşıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button