AktualAktualArxivIslammədəniyyatMüsahibəŞəkil​ŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ayətullah Amilinin 19 Yanvar münasibətilə Türkiyənin Qüds televiziyasına verdiyi müsahibənin tam mətni-Foto

Qafqaz Həqiqətləri – Əziz tamaşaçılar üçün əvvəl bir müqəddiməni açıqlayım. İslam dünyasında, xüsusilə də İranda bizi təqribən 500 il geridə saxladılar. Elm sahəsində Rusiya bizi ötüb və biz o vaxt ayıldıq ki, artıq onlar bizi qabaqlamışdılar, elm və güc əlimizdən çıxmışdı.

İranda Tehran Universitetinin 70 il tarixi var, halbuki İngiltərənin Oksford Universitetinin 700 il keçmişi vardır. Rəvayətdə gəlmişdir ki, “elm qüdrətdir”. Hər kim bu qüdrətə sahib olsa, hücum etməyə də qadir olacaq. Əks təqdirdə hücuma məruz qalacaq.

Ona görə də Rusiya İrana hücumu, İranın ən zəif bir vaxtında başladı, Gülüstan və Türkmənçay müqavilələri ilə Şah İsmayıl və Səfəvilər hökumətinin tədbir və qüdrəti ilə əldə etdiyi Qafqazın 17 şəhərini İrandan ayıra bildi.

Amma İrandan ayrı düşmüş insanların qəlbləri İrandan ayrılası deyildi. Bu səbəbdən də Rusiya hökuməti din və İrana sevgini onlardan almağa səy etdi. Dinin yerinə musiqi, şeir, teatr, heykəltaraşlığı qoydu. Çar və kommunistlər 200 il il həmin xalqları təzyiq altında saxladı, o müsəlmanların namusunu təhlükəyə saldı. Onlar bizim alimlərimizə məktub yazaraq namuslarının təhlükədə olduğunu, amanda olmadıqlarını və gözətçilərinin olmadığını bildirdilər. İkinci dəfə İran öz torpağını geri almağa təlaş etdi. Bu dəfə Rusiya Türkmənçay müqaviləsi ilə İranın böyük bir hissəsini ondan ayırdı, ayrı düşmüş insanlar həsrətdə qaldılar və həsrət şeirləri qoşdular.

Onlara əzadarlıq cümə namazı və s. kimi dini mərasimlər təşkil etməyə icazə vermədilər, lakin din və İrandan da ayıra bilmədilər. SSRİ-nin dağılması ərəfəsində və son nəfəslərini çəkdiyi vaxtlarda Azərbaycan xalqı İrana daxil ola biləcəyini hiss etdi, tikanlı simləri qırdı, Araz çayından keçərək İrana gəldi, İranın torpağını öpdü, məscidlərə getdi, Quranı öpdü, İmam Hüseyn (ə) bayrağını öz kəfənlərinin arasına qoymaq üçün götürdü. Onlar İmam Xomeyninin (r) şəkillərini əllərində tutaraq İrana gəldilər, İran, din və məzhəbə sevgilərini göstərdilər.

Beləliklə, rusların 200 illik səyləri məhv oldu. Burada bəzləri deyirlər ki, o vaxt İrana üz tutanlar, İrana sevgi nümayiş etdirmək üçün deyil, rusların parçaladığı Azərbaycanı birləşdirməyə getmişdilər. Ona görə onların şüarları belədir: “biz bölünmüş xalqıq”. Mən bu günkü konfransda da bildirdim ki, biz bölünmüş xalq deyilik, biz işğal olunmuş xalqıq. Bizim torpağımızı ruslar İrandan ayırıb, işğal edib.

Həmin şüarla da mərasim yaradıblar və adını 31 dekabr qoyublar, hər il 31 dekabrda aksiya keçirir, bizim milli hakimiyyətimizə hörmətsizlik edirlər, ərazi bütövlüyümüzü sual altına salırlar.

Tarixdə böyük təhrifin baş verdiyini gördük. Həqiqət bu idi ki, İrana daxil olan insanlar öz ata-baba torpaqlarının ağuşuna qayıtmışdılar, İranın ərazi bütövlüyünü sual altına salmaq və onu parçalamaq üçün yox.

Lakin gördük ki, hər il bu təhriflər böyüməkdədir və İrana qarşı təhdid yaranır. Tarixin təhrif edilməsinin qarşısını almaq məqsədilə 19 yanvarı, yəni o insanların İran torpağına daxil oldğu və dünya müsəlman azərilərinə adi olan həmin günü bayram günü elan etdik. Həmin günü bayram edirik və böyük tədbir keçiririk. Biz 19 Yanvar mərasimində dünya azərilərinin vəziyyətini, onların qarşısında dayanan təhlükələri araşdırırıq.

Dünya azərilərinin çoxu iranlı soyundandır. İran dünya azərilərinin məsuliyyətini öhdəsinə almalıdır. Biz həmin günü bayram edirik, çünki azəri milləti möhtəşəm iradəyə sahibdir və biz bunu görmüşük. Onlar 200 il təzyiqlərə dözərək öz kimliklərini unutmadılar və böyük xalq olduğunu sübut etdilər. Biz azərilər sübut etmişik ki, öz əslimizdən, soyumuzdan və torpağımızdan ayrılmarıq. Elə buna görə də həmin günü bayram edirik. Biz İran, Azərbaycan, İraqın şimalı, Türkiyədə yaşayan bütün azərilərin vəziyyətinə, onların səadətinə diqqət ayırırıq, onlara diplomatik dəstək verməyə hazır olduğumuzu elan etmişik və azəri millətinin qarşısında dayanan təhdidləri dilə gətiririk.

Azərilərin iftixarlı şəxsiyyətləri vardır. Azəri millətinin din və Əhli-beytə (ə) etdiyi xidməti dünyada heç kim etməyib.

Təfsir elmində “Əl-Mizan” varımızdır ki, Əllamə Təbatəbai yazmışdır və o, azəridir. Əhli-beyt (ə) haqqında “Əl-Ğədir” kitabını Əllamə Əmini yazmışdır və o da azəridir. Nizami Gəncəvi, Füzuli, Şəhriyar və bir çox digər böyük şəxsiyyətlərimiz vardır. Bu günlərdə onları layiqincə xatırlayırıq. Bu, 19 anvarın uca tutulmasında bizim ilk məqsədimizdir.

İkinci səbəb isə tarixin təhrif edilməsinin qarşısını almaqdır. Əgər tarix təhrif edilsə, bu, ilk addım olacaq və ardınca yavaş-yavaş böyük təhriflər baş verəcək, böyük fitnə, ixtilaf və qantökmələrə çevriləcək. Həmin səbəbdən Ərdəbil, Təbriz, Zəncan, Urmiya, Meşkinşəhr, Parsabad və digər azəri şəhərlərində 19 yanvarın uca tutulmasına aid tədbirlər həyata keçirilir.

Bu ilki tədbirdə Qarabağın azad edilməsinə görə çox sevincli idik. Azərbaycanın torpağı bizim torpağımızdır və Azərbaycanın izzəti, başucalığı bizim izzət və başucalığımızdır.

Qarabağ müharibəsi başladıqda İranda başda həzrət Ayətullah əl-üzma Xamenei olmaqla bizim alimlərimiz elan etdilər ki, Qarabağ Azərbaycanın torpağıdır və bu ölkəyə qaytarılmalıdır. Ayətullah Məkarim Şirazi Ermənistanı işğalçı adlandırdı və Qarabağın Azərbaycana qaytarılmasını istədi. İranın böyük təqlid mərcələrindən olan Ayətullah Nuri Həmədani də həmin məsələni vurğuladı. İmam cümələrimiz və xarici işlər nazirimiz də Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanıdıqlarını elan etdilər. İndi Qarabağ torpağından bir hissəsi işğalda qalıb və biz onun tezliklə azad olunmasını arzu edirik. Mən aprel ayı baş verən döyüşlər zamanı xütbəmdə Qarabağ müharibəsində iştirak etməyə hazır olduğumu bildirdim. İran İslam Respublikası da rəsmi şəkildə elan etdi ki, Azərbaycan Respublikası bizdən hərbi kömək istədiyi surətdə biz kömək etməyə hazırıq. İran Azərbaycana elə köməklər etmişdir ki, burada onu açıqlaya bilmirəm və yeri deyil. Hikmət Hacıyev bildirdi ki, əgər İran Azərbaycana kömək etməsəydi bizim adamlarımızdan 400 min nəfəri həyatnı itirəcəkdi və qətliam olacaqdı.

İran öz generallarını Azərbaycana göndərdi. O vaxt Heydər Əliyev Naxçıvanda idi və Təbrizə gəldi, dedi ki, bizim yeməyə çörəymiz oxdur və aclıqdan ölmək qorxusu yaşayırıq. Təbriz valisi Naxçıvanı un, buğda və digər qida məhsulları ilə doldurdu. Heydər Əliyev yenidən gəldi və dedi ki, bizim çörəkçimiz yoxdur. Bu dəfə Təbriz valisi Təbrizin çörəkbişirənlərini Naxçıvana göndərdi. Həmin zaman Azərbaycandan 70 min qadın, uşaq və kişi İrana gəldi. İran onlar üçün düşərgə saldı. Heydər Əliyev düşərgəyə baxış keçirərkən dedi: “Burada bizim sarayımızdan daha çox rahatlıq və rifah vardır.” Orada bir qadın ayağa qalxıb dedi: “Cənab Əliyev, bura sizin sarayınızdan yaxşı deyil. Siz öz nazirinizə deyin ki, İranın bizə verdiyi nefti oğurlamasın.”

Heydər Əliyev düşərgənin məsuliyyəti tapşırılmış Parsabad fərmandarını özü ilə Bakıya aparmışdı və öz nazirlərnin yanında onu alqışlamışdı.

Cənab Nurəddin Şirin, mən sizə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Son Qarabağ müharibəsi başlayanda Türkiyə telekanalları İran əleyhinə geniş hücuma keçdilər və dedilər ki, İran Ermənistana kömək edir. Bu, bizə qarşı çox böyük haqsızlıq, zülm, iftira və yalan idi. Mən bu gün 19 Yanvar mərasimində Azərbaycan Respublikası prezidenti İlham Əliyevə xüsusi təşəkkürümü bildirdim. Cənab İlham Əliyev şəxsən elan etdi və televiziyada bəyanatla çıxışında dedi ki, İran indiyə kimi Ermənistana heç bir hərbi yardım etməyib.

Bunun sirri nədir? Niyə İran əleyhinə bu qədər təlaş edilir? Mən bu sualın cavabını tamaşaçıların öhdəsinə qoyuram.

Mütəal Allah bizə tövfiq versin və İslam ümmətinin izzətini qorusun. Hal-hazırda batil cəbhəsinin fikri İslam ümmətinin kökünü kəsməkdir.

Biz zəif durumdayıq. Görün, ərəb ölkələrinin necə bir-bir qulağından tutub, sionistlərin qarşısında əyirlər, onlarla sülhə vadar edirlər, rəsmi şəkildə tanımağa məcbur edirlər. Siyasi ədəbiyyatda kiçik ölkələrə “hissəcik hökumət” deyirlər. Belə dövlətlər öz milli hakimiyyətlərini qoruya bilmədikləri üçün böyük güclərə söykənməlidir. İslam ümməti də bu vəziyyətə düşüb. Onları zillətə çəkiblər və səsi də çıxmır. Təkcə səsi çıxan və etiraz edən İrandır.

Bizim sevimli qonşumuz Türkiyə də onların qarşısında bir qədər dayana bilmişdir. Hal-hazırda Türkiyə əleyhinə tətbiq edilən sanksiyaların səbəbi nədir?

Keçmiş illərdə Amerikanın dövlət katibi demişdi ki, dünya bir qatara bənzəyir və dünyanın insanları ona miniblər. Bu qatarın istiqamətlənməsi bizim əlimizdədir və onu istədiyimiz yerə aparırıq.

Bunun mənası odur ki, dünya əhalisinin qərar verməyə haqqı yoxdur. Müsəlmanların belə bir vəziyyətdə birləşməsi, ələ-ələ verməsi, ortaq iqtisadiyyat və pul yaratmaları vacibdir. Bu sahədə İran, İslam aləminin məsləhətini nəzərə alır. Fələstini nəzərdə tutun, tamamilə əhli-sünnə bir diyar olmasına baxmayaraq, İran onu himayə edir. İndi İrana təklif edirlər ki, əgər İsraili rəsmi olaraq tanısan, bütün problemlərini həll edərik, hətta nüvə məsələsini.

İngiltərənin baş naziri qabaqlar İrana məxfi müraciət göndərdi və dedi ki, İsraili rəsmi şəkildə tanısanız, nüvə sahəsində istədiyiniz hər işi etməyə icazə verəcəyik və sizə heç bir problem yaratmayacayıq. Lakin İran dünya müsəlmanlarının məsləhətini və öz xalqının izzətini dəstəkləyir.

Bir dəfə Abadan şəhərində xütbə oxumağa getdim. Abadan dəqiq Fars körfəzinin yanındadır. İngiltərə qüvvələrinin qərargahının girişində yazılmışdı: “İt və iranlının bu məkana daxil olması qadağandır.” Şah zamanında bizi itlə eyni sırada görürdülər. Şaha əmr edirdilər ki, məsələn, Bəhreynə müstəqillik ver. Amerika Sistanda bir çox əraziləri İrandan alıb Əfqanıstana verdi. Bugün bizə ürək yandırdığını iddia edən həmin Amerika. İraqın xarici işlər naziri İrana gəldi və ağlayaraq dedi ki, Fars körfəsinə çıxış üçün bizim yolumuz yoxdur. Rzaxan İranın bir hissəsini onlara verdi. Bunlar İranı parça-parça etdilər. Lakin indi elə deyil. İran o qədər qüdrətlidir ki, Amerikanın bizə tərəf bir güllə atmağa belə cürəti çatmır.

Allaha şükür edirik. İnşallah, sonralar fürsət yaransa, İslam İnqilabının xalqımıza etdiyi xidmətlər barədə sizə danışacağam.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button