AktualArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlərXütbələr

Ayətullah Amili: Niyə İsraili deyil, İranı qınayırlar?

Ərdəbil imam cüməsi: Qadınları dərəcələrə bölmüş komissiyanın İran və 43 il Amerikanın buynuzunu qıran iranlı qadınla bağlı qərar vermək haqqı yoxdur.
Qafqaz Həqiqətləri xəbər verir ki, Ərdəbilin sevimli imam cüməsi həzrət Ayətullah Amili bu həftənin cümə namazı xütbələrində avropalıların iranlı şəxsiyyətlərə qarşı sanksiya tətbiq etməsinə toxunaraq deyib: “Avropalılar və Amerika İranda psixoloji müharibə və məyusluq yaratmaq məqsədilə öz aralarında belə razılaşıblar ki, hər həftə bir Avropa ölkəsi İranın bəzi şəxslərinə qarşı sanksiya elan etsinlər! Onlara deyirik ki, özünüzü yormayın, bu növbələşmə ilə İran xalqı sizə nə borc verəcək, nə də xərac!”
Ərdəbil imamı cüməsi amerikalıların və avropalıların idarəetmə tərzinin təhlil edərək deyib ki, özlərini dünya ictimaiyyəti adlandıran və dünyanı idarə etmək iddiasında olan Amerika və onun müttəfiqləri dünya üçün yeni nizam təyin ediblər və o nizamla əməkdaşlıq etməyən hər bir ölkəni üsyankar ölkə və şər oxu adlandırırlar, dünyanın ən mənfur ölkəsi kimi təqdim etməyə çalışırlar.
Onların dünyanı idarəçiliyində yalanı bəzəyib düzgün kimi qələmə verdiklərini vurğulayan xətib deyib: “Onların media imperiyasının böyük göstəricisi “yalan”dır.” İşi kütləvi şəkildə saxta xəbərlər hazırlamaq olan agentliklər yaradıblar. Bu agentliklər böyük sifarişlər alır və dünya xalqlarını xəbərlərlə bombalayır. Bu dövlətlər müxalif olan kanalları asanlıqla peyklərdən çıxarırlar ki, xalqları öz kanalları ilə istədikləri səmtə yönəltsinlər, dünyanın ictimai rəyi onlar tərəfindən qurulsun. Ona görə də asanlıqla statistika düzəldirlər, müxalif tərəfi mənfurlaşdırırlar, yalandan kiminsə öldüyünü xəbər verirlər, çox çirkin siması olan həqiqətə yalan don geyindirirlər, həqiqəti ağır yalan dağıntıları altında basdırırlar, atmosferi elə zəhərləyirlər, faktları o qədər təhrif edirlər ki, bir xalq asanlıqla öz ən həssas məsləhətinə, milli maraqlarına qarşı mövqe tutur.”
Ayətullah Amili qeyd edib ki, həmin dövlətlərin ölkə daxilində və xaricdə onlarla əsgəri, zabiti, generalı var. Allah-Təala Qurani-kərimdə buyurmuşdur ki, bu şeytani hərəkət əvvəldən olub və yeni bir şey deyildir. Biz nə vaxt peyğəmbər göndərdiksə, dərhal şeytanlar, cinlər və insanlar o peyğəmbərin yanında (bir-birinə) təmtəraqlı, aldadıcı sözlər təlqin edərlər. Əgər Rəbbin istəsəydi, bunu etməzdilər. Ona görə də, onları uydurduqları yalanlarla baş-başa burax!
İmam cümə daha sonra avropalıların və amerikalıların ikili idarəçiliyini izah edərək deyib: “Bugün dünyanı idarə etməyin ikinci problemi ikili idarəetmə olunmasıdır. Son günlər İngiltərə xalqı Ukraynada müharibədən sonra yaranmış yaşayış şəraitinə və Rusiya qazının kəsilməsinə etiraz etdi. İngiltərə baş naziri dedi ki, insanların asayişinin eqoist azlıq nümayişləri ilə pozulması qətiyyən məqbul deyil və polisə dedim ki, etirazçılarla mübarizə və onları yatırmaqda sizə tam dəstək verirəm. O, çəkinmədən hökumət və xidmət mərkəzlərindəki tətilçilərin tətillərini dayandırmadığı surətdə, ordudan istifadə edəcəyini elan etdi. Eyni zamanda İrana qarşı bəyanat verir və yeni sanksiyalar tətbiq edir, iğtişaşçıları müdafiə edir.”
Vəliyyi-fəqihin Ərdəbil əyalətində nümayəndəsi dünyanın ikili standartlarla idarə olunmasının izahının davamında deyib: “İki həftə əvvəl fələstinlilərin hücumu nəticəsində bir sionist həlak olmuş, bir neçə nəfər yaralanmışdı. Britaniyanın xarici işlər naziri qəzəblə dedi ki, Fələstindəki iğtişaşlar niyə bitmir? Bu iğtişaşlara ən qısa zamanda son qoyulmalı və heç bir israilli öldürülməməlidir. Amma digər tərəfdən Avropa ölkələri və ABŞ İrandakı iğtişaşların davam etməsi üçün əllərindən gələni edirlər.
Amerikanın ən namərd hərəkətlərindən biri də İrana odlu silah, xüsusən də tapança göndərməsidir. Amerikanın bu hərəkətə yol verməsinin səbəbi dünyanın ən strateji bölgəsi olan İranı itirməsinə görədir. Oğul Buş Yaponiya parlamentinə getdi və yumruğunu masaya möhkəm vuraraq dedi ki, İranın əlində əsir olmuşuq! İndi İranın əsarətindən azad olmaq istəyirlər, ona görə də özlərini hər qapıya vurmaları təbiidir.
Onlar silahların gəlməsinə böyük ümid bəsləyirlər. Həmişə sözlərindən qan qoxusu gələn Con Bolton bu yaxınlarda sevinclə dedi ki, biz İrana çoxlu silah göndərmişik. Bəli, dünya ikili standartla idarə olunur. Başqa bir misal da budur ki, son həftələrdə Şotlandiya parlamenti İngiltərədən ayrılmaq üçün referendumu təsdiqlədi. Dərhal İngiltərənin baş naziri qəzəblə dedi ki, Şotlandiya parlamentinin belə bir hüququ yoxdur və qətiyyən referendumdan danışmasınlar. Amma onların kanalları gecə-gündüz İran üçün parçalanma və referendum proqramları yayımlayır.”
Ayətullah Amili gənclərə müraciət edərək deyib: “Qəlbini ərazi bütövlüyü olan qüdrətli, sevimli, möhtəşəm İrana bağlayan gənclərə deyirəm: Son 50 gündə Səudiyyə telekanalı 25 separatçını gətirdi və onlar bu telekanal üçün 120 verliş icra etdilər. Bu, bir yol tapmaq üçün kifayət deyilmi? Sizin ölkənizi parçalayacağıq deyən, bu iyrənc kanalın sözlərini rahat dinləməyimiz düzgündürmü?”
Xətib əlavə edib: “Bu həftə ABŞ Konqresi ABŞ-dakı ofis işçilərinin amerikalı gənclərin üçdə ikisinin istifadə etdiyi Çin TikTok-nu quraşdırmaq haqqına malik olmadığını təsdiqlədi. Bu, ABŞ qanunvericilərinin Amerikanın təhlükəsizliyini qorumaq və Amerikanı Tik Tok-a casusluğundan qorumaq üçün Çin şirkətlərinə qarşı atdığı son addımlardandır. Necə olur ki, bəzi internet şirkətlərinə qadağa qoymaq sizin üçün icazəli olur və bunu ölkənin təhlükəsizliyinin sizin üçün vacib olması ilə əsaslandırırsınız, amma İran bu işi etdikdə fəryadınız göyə qalxır, ay camaat, İranda söz azadlığına icazə verilmir deyə bağırırsınız?”
Ərdəbil imam cüməsi İranın BMT-nin Qadın Statusu üzrə Komissiyasından çıxarılmasına toxunaraq deyib: “Bu həftə israil küçədə 16 yaşlı qıza güllə ataraq onun beynini yerə tökdü. Qondarma israil hökuməti özü də bu cinayəti etiraf etdi. Bu günlərdə növbə ilə İrana qarşı bəyanatlar verib, sanksiyalar tətbiq edən Avropa dövlətləri, niyə o məzlum qızcığazdan danışmırlar? Bəzi ölkələri təhdid etməklə İranın BMT-nin Qadın Statusu üzrə Komissiyasından çıxarılmasına səs alan Amerika niyə bu fələstinli qızdan və Fələstin əsilli amerikalı jurnalist Şirin Əbu Aqilədən danışmır və israili yuxarıda adı çəkilən komissiyadan xaric etmir? Onlar əslində biabır oldular, amma çox böyük iş gördüklərini təbliğ edirlər. Halbuki, israilin fələstinli qadınlara qarşı cinayətini görən bütün dünya müsəlmanları ABŞ və BMT-dən soruşurlar ki, niyə fələstinli qadının səsi eşidilmir? Niyə israilin əvəzinə İran qınanır?”
ABŞ-ın bu hərəkətinin səbəbini açıqlayan xətib deyib: “Bu davranışın səbəbi onların baxışında insanların dərəcələrə bölünməsidir. Qadınları dərəcələrə bölmüş komissiyanın, İran və 43 il Amerikanın buynuzunu qıran iranlı qadınla bağlı qərar vermək haqqı yoxdur.”
O daha sonra bildirib ki, Amerikanın BMT-dəki səfiri iranlı qadınlara görə ağladığını deyib. Bu səfirdən soruşuram, əgər İran israili tanısaydı və ya münasibətləri normallaşdırsaydı, doğrudan da yenə ağlayardın? Səudiyyə Ərəbistanında küçədə hüquq müdafiəçisi olan qadının boynu qılıncla kəsiləndə niyə ağlamadın? Amerika məhkəməsində hicablı qadın hücuma məruz qalıb öldürüləndə niyə ağlamadın? Amerika bir neçə dəfə Əfqanıstanda toyları bombalayanda, yaxud əfqan qızlarının Quranla bağlı bayram tədbirində onların başına Amerika bombası töküləndə və bütün Quranı tam şəkildə əzbər bilənlərin hamısı öldürüləndə niyə ağlamadın? O hadisədə Quran əzbər öyrənmiş iki yeniyetmə qızını itirən əfqan ananın qanla dolu gözlərini hələ də unutmamışıq.
Cümə namazı xətibi iranlı qadın və qızların onların mahiyyətini kişilərdən daha yaxşı tanıdıqlarını və qərar qəbul etmələrinə əhəmiyyət vermədiklərini vurğulayaraq deyib: “Almaniyanın xarici işlər naziri bu həftə dedi ki, insan hüquqları bölünməzdir. Çox gözəl cümlədir, çünki bəşər bölünməzdir. Biz bu nazirdən istəyirik ki, şücaət və cəsarətlə desin: bu həftə beyni israil gülləsi ilə dağılan 16 yaşlı fələstinli qız insandır.
İnsan haqlarını bölmək olmaz. Allahın işi tam hesab üzərindəndir. İranın Qadın Statusu Komissiyasında məhkum edilməsi Fələstindən olan 16 yaşlı Cana Zakaran adlı qızın sionistlər tərəfindən şəhid olması ilə eyni vaxta təsadüf etdi. Bütün müsəlmanlar həm Avropa və Amerikanın bu cinayətə qarşı susqunluğunu gördülər, həm də İranın Qadın Vəziyyəti Komissiyasından çıxarılmasını gördülər.
Bu iki hadisənin yaxınlığı İslam ölkələrində, xüsusən də ərəb ölkələrində inqilab yaratdı, böyük bir etiraz ucaldı ki, əgər siz qadın zatına hörmətlə yanaşırsınızsa və qadın statusunu müdafiə etmək üçün komissiya yaradırsınızsa, Cana Məcd Zakaran qadın və ya insan deyildimi ki, insan haqları ona da şamil olsun?
Onlar İranı komissiyadan çıxarmaqla İrana qarşı təxribat yaratmaq istəyirdilər, amma özləri beynəlxalq aləmdə gülüş obyektinə çevrildilər.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button