AktualAktualArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlərXütbələr

Ayətullah Amili: Hacı Şahin Həsənlinin vəfatı ilə bağlı böyük Azərbaycan xalqına başsağlığı verirəm

Ərdəbil imam cüməsi deyib: “Bakının Məşədi Dadaş məscidinin imam cüməsi Hacı Şahin Həsənlinin vəfatı ilə əlaqədar böyük Azərbaycan xalqına və Azərbaycanın hörmətli ruhanilərinə başsağlığı verirəm.”
Qafqaz Həqiqətləri xəbər verir ki, Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi Ayətullah Seyid Həsən Amili bu həftənin cümə namazı xütbələrində Bakı şəhərinin Məşədi Dadaş məscidinin imam cüməsinin vəfatı münasibətilə başsağlığı verməklə yanaşı, Azərbaycan xalqına müraciət edərək deyib: “Çox təəssüf hissi ilə xəbərdar olduq ki, Bakının möhtərəm imam cüməsi cənab Şahin Həsənli gənc yaşında Həzrət Haqqın dəvətinə ləbbeyk demişdir. Bu itki ilə bağlı böyük Azərbaycan xalqına, Azərbaycanın daxilində və xaricində olan ruhanilərinə, o böyük şəxsiyyətin şagirdlərinə və sevgi bəsləyənlərinə başsağlığı verirəm.”
Ərdəbil imam cüməsi əlavə edib: “O möhtərəm alim təbliğat səyləri ilə minlərlə insanı dindar, namazqılan və Quranın hökmlərinə bağlı olan etməyi bacardı. Uca Allahdan o möhtərəm alimə uca dərəcələr, ailəsinə və yaxınlarına səbr diləyirəm. Əminəm ki, Azərbaycanın hörmətli ruhaniləri dini təlim-tərbiyədə o böyük şəxsiyyətin yerini boş qoymayacaqlar.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button