AktualAktualArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlərXütbələr

Ayətullah Amili: Builki Ərbəin yürüşü bəşər tarixinin ən möhtəşəm toplantılarından biridir

 

Beynəlxalq nöqteyi-nəzərdən Ərbəin yürüşünün dünya imperializminə qarşı etiraz yürüşünə çevrilməsi məqsədəuyğundur.

Qafqaz Həqiqətləri xəbər verir ki, Ayətullah Seyid Həsən Amili bu həftənin cümə namazı xütbələrində builki Ərbəin yürüşünün bəşər tarixinin ən möhtəşəm toplantılarından biri olmasına diqqəti çəkərək deyib: “İmam Hüseyn (ə) bu il öz cazibəsini və böyüklüyünü müstəsna şəkildə göstərdi.”

Xətib əlavə edib: “Bu toplantı ilk növbədə bütün müsəlmanlar üçün izzətdir. Digər dinlərin alimləri illərdir araşdırırlar ki, bir insan 1400 ildən sonra belə bir cazibə və gözəlliyi necə qoruyub saxlaya bilmişdir! Vatikan İrandan Kərbəla və Aşura ilə bağlı 1500 kitab toplayıb, kilsəyə daha çox adam toplaya bilmək üçün onları araşdırır. Müqəddəs şəriətimiz toplantılara xüsusi dəyər verir. Cümə namazı, bayram namazı, həcc kimi toplantılar dinin mühüm ayinlərindən sayılır.”

İmam cümə vurğulayıb ki, bu mövzular dinin ictimai həyata önəm verdiyini göstərir. Dini təzahür və ayinlərin savabı fərdi ibadətlərin savabından müqayisəedilməz həddə çoxdur. Biz bu potensialdan beynəlxalq, milli və fərdi şəkildə istifadə etməliyik. Beynəlxalq nöqteyi-nəzərdən bu yürüşün dünya imperializminə qarşı etiraz yürüşünə çevrilməsi məqsədəuyğundur və beynəlxalq idarəetmənin hazırkı vəziyyətinə etiraz edənlərin hamısı orada iştirak etməlidir. Təbii ki, Kərbəlanın şüarları universal şüarlar olaraq bu tutuma malikdir. Xoşbəxtlikdən bu yürüşdə müxtəlif ölkələrin bayraqları dalğalanır. Milli və fərdi nöqteyi-nəzərdən bu toplantı böyük islahat hərəkatına çevrilə bilər.

Xətib əlavə edib: “Bu toplantı bir məktəbə bənzəyir və İmam Hüseyn (ə) sevgisi ən güclü rıçaq kimi ictimai və şəxsi problemlərimizi həll edə bilər.”

Ayətullah Amili daha sonra İraqda ziyarətçilərin çoxluğuna görə qarşıya çıxan bəzi rahatlıq imkanlarının çatışmamazlığına da toxunaraq hal-hazırda bu ölkədə suya ehtiyacın olduğunu bildirib və İraq hökumətinin zəifləməsinin səbəbinin Amerikanın bu ölkəyə hücumu olduğunu deyib.

İmam cümə xalqa tövsiyə edib ki, hər kim İmam Hüseyni (ə) sevirsə, İranla sərhəd əyalətlərə su göndərsin.

Ekspertlər Məclisinin üzvü xütbəsinin digər hissəsində deyib: “Bu həftə Mərakeş ölkəsində elə bir hadisə baş verdi ki, sionist rejimlə münasibətləri normallaşdıran və ya normallaşma prosesində olan bütün ölkələr və hökumətlər üçün çox ibrətamizdir. Mərakeşin rəsmi xəbər agentlikləri bildiriblər ki, bu ölkədə yerləşən sionist rejim səfirliyi səviyyəsində olan bir mərkəzdə bütün mərakeşli qadın əməkdaşlar sionistlər tərəfindən cinsi təcavüzə məruz qalıb. Bu mərkəzin rəhbəri David Gofrin bu cinsi qalmaqalın ilk müqəssirdir. Ona görə də sionist rejim onu dərhal Mərakeşdən geri çağırdı. Mərakeşli ictimai fəallar sionist rejimin casusluq və əxlaqsızlıq yuvası hesab etdikləri ofisinin dərhal bağlanmasını tələb ediblər. Şənbə günü Mərakeş xalqı sionistlərin casusluq və cinsi istismarına qarşı bu ölkənin parlamenti qarşısında aksiya keçirəcək. Onlar etiraz aksiyası üçün “normallaşmanın utancından cinsi istismarın utancına qədər” şüarını seçiblər. Mərakeş əhalisi milli ləyaqətlərinin təhqir olunduğunu bildirərək təqsirkarların sionist rejimin  qanunlarına əsasən cəzalanmasını istəyirlər. Amma sionist rejimlə normallaşmanın tərəfdarı olan Mərakeş hökuməti bu qalmaqalı qınamağa belə hazır deyil. Bu hadisə sionist rejimin mövcud olduğu hər bir ölkədəki böyük xəyanətlərinin yalnız bir hissəsidir. Ona görə də sionist rejimin ölkələrində səfiri olan bütün müsəlman xalqlar öz namuslarını gözləməlidir, əgər onlar laqeyd yanaşsalar, “israil” pusquda dayanıb.”

Xətib daha sonra deyib: “Daha heyrətli budur ki, Mərakeş kralı “israil”in yaranmasının ildönümündə Rabatda bu rejimin diplomatlarının rəhbərinə kral hədiyyəsini təqdim edərək onu “israil” prezidentinə çatdırmağı istəyib, ancaq o, bu hədiyyəni oğurlayıb. Bu məqam həm də sionist rejimə qucaq açan İslam dövlətləri üçün bir ibrətdir ki, “israil”in əsas kimliyinin oğurluq olduğunu bilsinlər. Sionist rejimin İslam ölkələrində mövcudluğu deyilənlərdən qat-qat böyük təhlükə daşıyır. Sionist rejimlə münasibətləri normallaşdırdıqdan sonra bu qondarma rejim mütləq yeni məzhəblər yaratmağa və xalqın dinini əlindən almağa üz tutacaq.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button