AktualAktualArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlərXütbələr

Ayətullah Amili: Bizim qırmızı xəttimiz Qarabağdır, erməni yox

 

Ərdəbilin imam cüməsi: İran heç vaxt deməyib ki, ermənilər bizim namusumuzdur, ya ermənilər qırmızı xəttimizdir. Bizim qırmızı xəttimiz Qarabağdır.

Qafqaz Həqiqətləri xəbər verir ki, Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi və Ərdəbilin imam cüməsi Ayətullah Seyid Həsən Amili bu həftənin cümə namazı xütbələrinin bir hissəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunlarının ölkənin şimal ərazilərində keçirdiyi hərbi təlimə toxunaraq deyib: “SEPAH və ordunun ölkənin şimalında, Azərbaycan sərhəddində həyata keçirdiyi təlimlə bağlı böyük Azərbaycan xalqına bir neçə kəlmə deməyi lazım bilirəm. Bu manevrinin başlaması ilə Azərbaycanın media və qəzetlərində ölkəmizə qarşı sel kimi hücum başladı və hələ də davam edir. Azərbaycan xalqı bilməlidir ki, bu təlim Azərbaycan üçün təhdid deyil, Azərbaycana qarşı güc nümayişi, yaxud Azərbaycan ərazisinə hücum məqsədi daşımır. Habelə, bu manevr hücum deyil, müdafiə xarakterlidir. Keçən il də bu ərazidə keçirilən manevr hücum deyil, müdafiə xarakteri daşıyırdı.”

Ayətullah Amili Qarabağın bizim üçün qırmızı xətt olduğunu vurğulayaraq deyib: “İran heç vaxt deməyib ki, ermənilər bizim namusumuzdur, ya ermənilər qırmızı xəttimizdir. Əksinə, bizim qırmızı xəttimiz Qarabağdır. Mənim kimi heç kim bu tribunda Azərbaycanın ərazi bütövlüyündən, Qarabağın Azərbaycana qaytarılmasının zəruriliyindən danışmayıb. Mən dəfələrlə demişəm ki, həll yolu müharibədir, Minsk Qrupu və danışıqlar deyil. Müharibə oldu və Allaha həmd olsun ki, Qarabağ azad edildi. Qalan az miqdarın da azad edilməsi, Azərbaycana qaytarılması lazımdır. Böyük Rəhbərimiz də çıxışında bütün Qarabağın Azərbaycana qaytarılmasının vacibliyini vurğuladı. Bu, İranın Azərbaycanın Qarabağda qələbəsi üçün verdiyi ən yüksək kömək idi.”

Ayətullah Amili İranın manevrinin Azərbaycana qarşı güc nümayişi olmadığını vurğulayaraq deyib: “Müsəlman, qardaş, qonşu ölkəyə güc göstərmək bizim üçün eybdir. Bizim güc nümayişimiz sərhəddəki vəziyyəti qarışdırmaq və bölgəyə əbədi olaraq problem yaratmaq istəyən pərdə arxasındakı güclər üçündür. Artıq İranla Azərbaycan arasında İrandan Naxçıvana yolun çəkilməsi ilə bağlı müqavilə imzalanıb və İran bunu tam dəstəkləyir. Beləliklə, İranın bərəkəti ilə Naxçıvana ən yaxşı və təhlükəsiz yolunuz var, otuz ildir ki, Biləsuvar-Naxçıvan marşrutunu sizin ixtiyarınıza vermişik və Naxçıvanda böhran yaranmasına imkan vermədik.”

İmam cümə xütbəsinin davamında deyib: “Deyirlər ki, İran nədənsə dini qardaşlığını unudub, amma belə deyil. Biz qardaş olmuşuq, qardaşıq və olacağıq. Biz hər iki Qarabağ müharibəsində Azərbaycanın yanında olmuşuq, gələcəkdə də problem yaranarsa, Azərbaycanın yanında olacağıq. Birinci Qarabağ müharibəsində Azərbaycan elə kömək etmişik ki, Prezidentin köməkçisi Hikmət Hacıyevin dedi: İran sərhədlərini açmasaydı, 400 min azərbaycanlının hamısı qətliam olacaqdı. Cənab Əli Həsənov müsahibəsində dedi ki, əgər birinci müharibədə İranın yardımı olmasaydı, hamımız həlak olardıq. Onların bu müsahibələri internetdə mövcuddur.”

Seyid Həsən Amili daha sonra deyib: “İranın geosiyasi ambisiyaları olduğunu deyirlər. Sizi inandırıram ki, İranda belə bir ambisiya yoxdur. İran yalnız sərhədləri pozmağa həssasdır. 20 il əvvəl Ermənistan beynəlxalq sərhədləri pozdu və bunun nəticəsində regionda 20 illik müharibə hökm sürdü və bu dağıdıcı müharibədə nə qədər günahsız insan həyatını itirdi. Bu səhvin bir daha təkrarlanmamasını, daha 20 illik müharibə yaranmamasını istəyirik. Əgər müharibə olarsa, regiona dünyanın başqa yerlərindən də başqa ölkələr və qüvvələr gələcək,  regionda sülh və sabitlik pozulacaq. Yaxşı olar ki, hər kəs öz rəsmi sərhədləri daxilində olsun, ölkəsinin rifahı, rahatlığı və inkişafı ilə məşğul olsun, xalqına xidmət etsin. Bizim manevrin sülh, dostluq və təhlükəsizlik manevri olduğunu deyirik. Çünki sərhədlərin yerini dəyişməməsi  sülhün təminatıdır.”

Amili sonda deyib: “Deyirlər ki, İran Azərbaycanın uğurlarına həmişə paxıllıq edir və güclü Azərbaycanı özünün təhlükəsi hesab edir. Biz açıq şəkildə və ürəkdən bəyan edirik: Azərbaycanın uğuru bizim uğurumuzdur, güclü Azərbaycan bizim arzumuzdur, sizin tərəqqiniz İslam dünyasının tərəqqisidir. Niyə bundan narahat olmalıyıq? Azərbaycanın uğurunu, qüdrətini, gücünü, izzətini heç vaxt İrana qarşı təhdid hesab etmirik. Qardaşın öz qardaşının izzətini özünə təhlükə hesab etməsi mümkündürmü?

Son tövsiyəm odur ki, iki ölkənin böyükləri bir-birlərinin zehniyyətlərini dialoq və müzakirə yolu ilə həll etsinlər, iki ölkə arasında münasibətləri gücləndirilməsini istəməyən radikallara meydan verməsinlər.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button