AktualAktualArxivIslammədəniyyatQarabağŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialTarixXəbər lentiXəbərlər

Ayətullah Amili 19 Yanvar tədbirində: Şah İsmayıl Fondunun yaradılması dəyərli azəri irsini qorumaq məqsədi daşıyır

Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi deyib: “Azəri dili Əhli-beytə (ə) sevginin ifadəsi dilidir və azərilər dünyada bu göstərici ilə tanınırlar.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Ayətullah Seyid Həsən Amili “19 Yanvar Dünya Müsəlman Azərbaycanlılar Günü” tədbirində deyib: “Bu gün biz Şah İsmayıl Səfəvi Fondunun yaradırıq ki, beləliklə, azəri dilli elmi simalarının və iftixarlı irsinin əzəmət və ləyaqəti dünyaya tanıdılsın, dini dəyərlərin azəri dilində yayılması üçün imkanlar təmin edilsin.”
Ərdəbilin imam cüməsi vurğulayıb: “Bu gün biz azərilər üçün çox önəm daşıyır. Çünki bu gün Azərbaycan Respublikası və Naxçıvandan minlərlə insan sərhəd istehkamlarını aradan qaldıraraq İrana üz tutub. Onlar əllərində Quran tutaraq, dillərində “La iləahə illəllah” və “Allahu Əkbər” zikri ilə İslam məktəbi sayəsində öz rahatlıq və asayişlərini əldə edə bildilər.”
Ayətullah Amili bildirib ki, belə bir günün qeyd edilməsi üçün Ərdəbil əyalətində çeşidli tədbirlər həyata keçirilir.  Buna misal olaraq bu gün görkəmli elm və tədqiqat xadimlərinin çıxışları ilə keçirilən, səmərə və nəticəsindən faydalandığımız möhtəşəm proqramı göstərmək olar.
Əhli-beytə (ə) sevgini və dini təlimlərə əməl etməyi azərilərin ən önəmli göstəricisi kimi təqdim edən imam cümə deyib: “Ümid edirik ki, Ərdəbildə Şah İsmayıl Fondunun yaradılması ilə biz dəyərli azəri şanlı irsini qoruya bilək.”
“İran Del” xəttatlıq festivalının keçirilməsinə toxunan imam cümə festivanlın yekun mərasiminin 12 martda “Nizami Gəncəvi Konfransı” çərçivəsində baş tutacağını qeyd edib.
Şeir oxuma, musiqi və nəğmə proqramları ilə müşayiət olunan bu tədbirdə tarixçi alim Məhəmməd Həsən Rəcəbi şanlı Səfəvi tarixinin xüsusiyyətlərini diqqətə çatdıraraq deyib: “Səfəvi dövlətinin təsis edilməsi və Ərdəbildə onun rəsmi tanınması ilə üç mühüm nailiyyət əldə edildi. Onlardan birincisi bu iftixarlı sülalənin təşəbbüsü ilə şiə məzhəbinin rəsmi elan edilməsi idi.
Digər nailiyyət İranın tarixi, coğrafi və siyasi sərhədlərinin təsbitidir ki, Sasani dövlətindən və İslamın zühurundan sonra İranın sərhədlərinin bütövləşməsində və yaxınlaşmasında belə bir konsolidasiya və bərkimə baş verməmişdi.”
Tarixçi həmin dövrdə fars dilinin milli dil kimi rəsmi elan edilməsinə də toxunaraq deyib: “Bu nailiyyətləri yüksək qiymətləndirməliyik, dini və dəyərli təlimlərə, eləcə də dini inanc və etiqada əsaslanmaqla layiqli istiqamətdə unikal bir hərəkətə sahib olmağa səy etməliyik.”
19 Yanvar Dünya Azərbaycanlılar Günü tədbirinin digər natiqi Müqəddəs Müdafiənin türkiyəli veteranı İsa Məhdəvi olub. O, çıxışında Əhli-beytə (ə) sevgini azərilərin özəlliyi adlandıraraq deyib: “İran xalqı səkkiz illik müharibədə küfr quruluşu ilə döyüşdü, ilahi dəyərlərə arxalanmaqla və Əhli-beyti (ə) uca tutmaqla İslam ümmətinin qələbəsi üçün zəmin yaratdı.”
İslam aləminin tanınmış şəxsiyyəti Müqəddəs Müdafiədə Türkiyə ölkəsindən iştirak etmiş digər iki nəfərdən söz açaraq deyib: “Bu iki türkiyəli şəhid İslam sərhədlərini və Əhli-beytin (ə) haqqını müdafiə edib və şübhəsiz ki, İslam Cəbhəsi küfr cəbhəsinə həmişə qalib gələcəkdir.”
Hər il 19 Yanvar Dünya Müsəlman Azərbaycanlıları Günü münasibətilə Ərdəbildə müxtəlif tədbirlər keçirilir və bu il proqramlar xüsusi rəngarəngliyə malik olub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button