ArxivFatimi yaşayişIslammədəniyyatQadin və hicabSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Evdarlıq

Həyat yolu 18

Evdarlıq

İslamın baxışında ev işlərini yerinə yetirmək qadının vəzifəsi deyil. Ev işləri ilə məşğul olmaq qadın üçün bir fəzilət və şərafə t sayılır . Qadın bu işləri heç bir zəhmət haqqı ummadan yerinə yetirərsə, Allahın yanında saysız-hesabsız savaba nail olar. Ancaq İslam dininin təlimlərindən belə nəticəyə gəlmək olur ki, evin daxili işlərinin idarə olunması qadının öhdəsinədir.

Həzrət Zəhranın (ə) evində xidmətçisi olmasına baxmayaraq , ev işlərini və onların idarə olunmasını özü yerinə yetirirdi.

Ayə

«وَ قَرْنَ فی‏ بُيُوتِکُنَّ وَ لا تَبَرَّجْنَ تَب َرُّجَ الْجاهِلِيَّةِ الْأُولیٰ »

“Evlərinizdə qərar tutun. İlkin cahiliyyat dövründə ki kimi açıq-saçıq olmayın.”

(“Əhzab” surəsi, ayə 33)

Hədis

Ümmü Sələmə Allahın Rəsulundan (s) soruşdu: – Qadının ərinin evində işləməsinin hansı fəziləti vardır?

Həzrət buyurdu:

« ما مِن إمرَأةٍ رَفَعَتْ مِن بَيتِ زَوجِها شيئاً مِن مَوضِعٍ إلى مَوضِعٍ تُرِيدُ بهِ صَلاحاً إلَا نَظَرَ اللّه ُ إلَيها ، ومَن نَظَرَ اللّه ُ إلَيهِ لَم يُعَذِّبْهُ 

“Qadın öz ərinin evində yaşayışın yaxşı olması üçün bir şeyi bir yerdən qaldırıb digər bir yerə qoysa, Allah ona rəhmət nəzərilə baxar və Allahın rəhmət baxışının əhatə etdiyi kəs Qiyamət günü əzab olunmaz.”

(“Biharul-ənvar”, c. 103, səh. 251)

Ənənə

Təzə ailə qurmuşdular. Allahın rəsulu (s) hər gün gəlib təzə ailənin vəziyyəti ilə maraqlanırdı. Çünki Fatimədən (ə) xəbər tutmadan Peyğəmbərin (s) gündüzü gecə olmurdu.

– Atacan! Allahın qadın və kişi barədə göstərişlərini bilmək istəyirəm.

– Qizım, ev işləri sənin öhdənədir, çöl işləri isə Əliyə (ə) aiddir.

Həzrət Zəhra (ə) sonralar Peyğəmbərin (s) bu bölgüsünə işarə edərək buyurur du : “Allah bilir ki, bu bölgüdən mən nə qədər sevindim. Çünki Allah qadınları çöl işlərini yerinə yetirməkdən azad etmişdi.”

(“Biharul-ənvar”, c. 43, səh. 238)

Hekayə

O evdə olmadığı müddətdə heç bir işi görməyə həvəsim olmurdu. Amma evi onun xoşladığı kimi saxlamağa çalışırdım.

Çox vaxt da evə yorğun gəlirdi. Çünki əməliyyatdan birbaşa evə qayıdırdı. Cəbhədə ən yaxın dostlarının qanına qəltan olduğunu görürdü. Bununla belə, mənimlə və uşaqlarla çox yaxşı davranmağa səy edirdi. Evə çatan kimi bizim vəziyyətimizlə maraqlanır, bir çatışmamazlıq olub-olmadığını soruşurdu. Sonra qollarını çırmalayıb ev işlərində mənə kömək edirdi. Məni hətta paltarlarını yumağa qoymurdu. Deyirdi ki, mənim çirkli paltarlarım çox ağırdır, onları yumağa sənin gücün çatmaz.

O, məzuniyyətə gəldikdə çox sevinirdim. Amma bu sevincim çox çə kmirdi, o, yenə cəbhəyə qayıdırdı.

(“Şəhid sərdarların ailə vəziyyətləri” kitabından iqtibas-Sərdar şəhid Məhəmmədrza Dəstvarənin həyat yoldaşından xatirə) 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button