ArxivXəbər lentiXəbərlər

Azərbaycan-İran münasibətlərinin inkişafı məsələləri müzakirə edilib

Mayın 6-da Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ilə görüşüb.

Səfir deyib ki, son üç ildə Azərbaycan və İran prezidentləri səkkiz dəfə görüşüblər. Ötən il ölkələrimiz arasında iqtisadi, ticarət əlaqələrində 70 faiz artım müşahidə olunub. Dövlət və hökumət nümayəndələrinin qarşılıqlı səfərləri intensiv xarakter daşıyıb. Həyata keçirilən birgə iqtisadi layihələrdən konkret nəticələr əldə olunub. 2017-ci il mart ayının əvvəllərində İran sərhədinədək inşa edilmiş Azərbaycan Respublikasının dəmir yolu artıq İran ərazisinə daxil olub. Hazırda İranın Astara şəhərində yük terminalının tikintisi sürətlə davam etdirilir. Ölkələrimiz arasında dəmir yolunun birləşdirilməsi hər iki dövlətin, eləcə də regionun iqtisadi inkişafına öz töhfəsini verəcək. Bütün bunlar qarşılıqlı faydalı əməkdaşlığın bariz nümunələridir. İki ölkə arasında turizm sahəsində əməkdaşlıq inkişaf edir və belə əlaqələr turizm sənayesinin inkişafına böyük təkan verir, həmçinin xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir İranın Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını yazılı şəkildə pisləyən ilk dövlətlərdən olduğunu vurğulayıb və Azərbaycan xalqının bunu yüksək qiymətləndirdiyini bildirib.

B.Hüseynov cari ilin sentyabr ayında VI Bakı Beynəlxalq Humanitar Forumunun keçiriləcəyi barədə məlumat verib. Bildirib ki, beynəlxalq mötəbər tədbirlər arasında xüsusi yeri olan sözügedən Forumda dövlət və hökumət başçıları, tanınmış siyasi xadimlər, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri iştirak edir. O, beynəlxalq humanitar əməkdaşlığa həmişə xüsusi diqqət yetirən şəxsiyyət kimi tanınan Ə.Ə.Vilayətini Bakı Beynəlxalq Humanitar Forumunda iştiraka dəvət edib.

Ə.Ə.Vilayəti İranın xarici işlər naziri olduğu dövrdə Azərbaycan Respublikasına etdiyi səfərləri və ümummilli lider Heydər Əliyev ilə keçirdiyi görüşləri böyük məmnunluqla xatırlayıb. Ulu Öndəri müdrik və uzaqgörən şəxsiyyət kimi səciyyələndirən Ə.Ə.Vilayəti Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri olarkən onun dəvəti ilə İrana səfər etdiyini söyləyib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının və dövlətinin əldə etdiyi uğurların onu sevindirdiyini vurğulayıb.

İki ölkənin qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafını müsbət qiymətləndirən müşavir Azərbaycan-İran münasibətlərinin bundan sonrakı inkişafına hər zaman töhfə verməyə hazır olduğunu diqqətə çatdırıb.

İranlı müşavir bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr üçün əlverişli müstəvi olan VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirakla bağlı təklifi müsbət dəyərləndirib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.()AZƏRTAC

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button