Livan, Qəzza sektoru və Fələstində davam edən mübarizə mütləq şəkildə Haqq və Müqavimət cəbhəsinin qələbəsinə yol açacaq.
Qafqaz.ir “mehrnews”ə istinadən xəbər verir ki, bu barədə İranın Ali lideri Ayətullah Xamenei bəyan edib.
O, müqavimət cəbhəsinin şəhidlərini xatırladaraq deyib: “Mərhum Nəsrullah və digər əziz şəhidlər İslamı həqiqətən şərəfləndirdilər. Müqavimət cəbhəsinə izzət qatdılar və onlara iki qat güc və qüvvət qazandırdılar“.
Livanın “Hizbullah” hərəkatının şəhid Seyid Həsən Nəsrullahın sayəsində inkişaf etdiyini deyən Ayətullah Xamenei bildirib ki, ““Hizbullah” Seyidin igidliyi, bəsirəti və qeyri-adi səbr və etimadının sayəsində müəzzəm bir şəkildə inkişaf etdi və hər cür maddi, ifadə, propaqanda və media silahı təchiz edilmiş düşmənin belə bacara bilməyəcəyi bir təşkilata çevrilib“.
“Təxminən 40 il boyunca “Hizbullah” sionist (İsrail) rejimi(ni) bir dəfə Beyrutdan, bir dəfə Saydan, bir dəfə Sur şəhərindən, bir dəfə də Livanın cənubundan çəkilməyə məcbur etdi və Livanın şəhələrini, kəndlərini sionist rejimdən təmizlədi. Bu, “Hizbullah”ın gücünün zamanla artdığının göstəricisidir“, – deyə o bildirib.
“Eyni şeyi Fələstin müqavimətində də görürük. Onlar da 2009-cu ildən bəri sionist rejimlə 9 dəfə toqquşublar. Hər dəfəsində də qalib gəldilər. Bu gün belə Fələstin müqaviməti sionist rejimi məğlub edib“, – deyə Ayətullah Xamenei vurğulayıb.
“Onlar (İsrail – red.) HƏMAS-ı yox etmək istəyirdi, amma bacarmadı. (İsrail) çox sayda insanı qətlə yetirdi, özünün çirkin simasını bütün dünyaya göstərdi, pis xislətini hər kəsə sübut etdi, özünü təcrid etdi. (İsrail) müqavimət liderlərini, HƏMAS liderlərini şəhid edərək HƏMAS-ın işini bitirdiyini zənn edir. Lakin HƏMAS hələ də vuruşur. Bu, sionist rejimin məğlubiyyəti deməkdir“, – deyə o əlavə edib.