AktualAktualArxivIslamQarabağŞəxsiyyətlərSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ayətullah Seyyid Amuli Allahşükür Paşazadəyə təşəkkür etdi və Azərbaycan müxalifətinə səsləndi

xəbər verir ki, Ali Məqamlı Rəhbərin Ərdəbil vilayətindəki nümayəndəsi, Ərdəbil imam-cüməsi Ayətullah Seyyid Həsən Amuli son cümə namazı xütbəsində (30 iyul 2021, – red.) QMİ sədrinin son çıxışına toxunub.

Seyyid Həsən Amuli mövzu ilə əlaqədar aşağıdakıları bildirib:

“Bu yaxınlarda Qafqaz Müsəlmanları İdarəsinin hörmətli şeyxi Allahşükür Paşazadə İslam İnqilabı Ali Rəhbərinin fətvasının Dağlıq Qarabağın azadlığına təsiri ilə bağlı çox gözəl çıxış edib. O, “Ayətullah Xameneinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı” deyib. Hörmətli Şeyxə qəlbən təşəkkür edirəm. Öz adımdan və Ərdəbil camaatının adından Şeyxə təşəkkürümüzü çatdırıram. Şeyx bu fətvadan sonra Azərbaycanda və Türkiyədə bəzi insanlar tərəfindən ciddi hücumlara məruz qaldı. Cənab Şeyxə etiraz edənlər mərcəiyyətdən, müctəhidin fətvasından, fəqihin vilayətindən (Rəhbər), şiənin kimliyindən xəbərsizdirlər. Camiul-şərait müctəhidin, məxsusən Vilayəti-Fəqihin fətvası ilə təqlid edənlərin öhdəsinə böyük vəzifə düşür, bir tərəfdən də döyüş zamanı dünyasını dəyişdikdən sonra şəhid olacağına, şəhidlik məqamına çatacağına xatircəmlik tapır. Bu iki xüsusiyyətə əsasən deyirik ki, heç bir ünsürün müctəhidin fətvası qədər gücü, qüdrəti yoxdur. O fətvanın nəticəsində biz səkkiz illik İran – İraq döyüşündə onlarla ölkənin, həmçinin Amerika, sabiq SSSR və digər güclərin qarşısında dayandıq və bunun nəticəsində bir qarış da olsa, torpağımızdan vermədik.

Nəsrəddun Şahın hadisəsi Avropada Fransa ordusunun paradında məşhurdur. Şeyxin buyurduqlarını çox hesablanmış bir məsələ hesab edirik və onlarla tank, təyyarə və PUA-nın Rəhbərin fətvasını qətiliklə əvəz etməyəcəyini söyləyirik. Kimsə kənarda qalırsa, şiəliyin mahiyyəti, təqlid və İmamətin mövqeyi, Azərbaycan xalqının inancları üzərində düşünməli və xəbərdarlıq etmədən danışmamalıdır.

İran-İraq müharibəsi zamanı bir müxbir Fars körfəzindəki Amerika qüvvələrinin komandirindən onların bir əbəlqüdrət (super güc) olduqlarını, İranın üçüncü bir dünya ölkəsi olduğuna baxmayaraq, niyə bir hücumla işi bitirmədiklərini soruşduqa, “bunun üçün hələ ki gücümüz və o şəraitimiz yoxdur” demişdi. Müxbir təəccüblü halda soruşmuşdu; “Üçüncü dünya ölkəsinin sizdən güclü olduğunu düşünürsüz?” Amerika qüvvələrinin komandiri İranın bir silaha sahib olduğunu və onların o silahdan məhrum olduğunu demişdi. Sözünün davamında bu silahın Şəhadət məktəbi olduğunu açıqlamışdı. “Bizim əsgərlərimiz hər yolla olur-olsun öz canlarını qorumağın yolunu axtarırlar, ancaq iranlılar şəhadət məqamına can atırlar. Bu balans həll olunana qədər ABŞ bölgəni idarə etməkdə iflic olacaq”.

Şeyxin bu açıqlaması yerində verilmiş açıqlamadır. Hər yeri yazıb doldururlar ki, İran Ermənistana silah göndərib. Bu günlərdə İrana qarşı yalanlar və böhtanlar Azərbaycan mətbuatında və sosial şəbəkələrdə zirvəyə çatıb. Azərbaycan Prezidenti açıq şəkildə İrandan Ermənistana heç bir silahın getmədiyini açıqladı. Siz bir dəstə millətçilər çox bilirsiniz, ya ölkənin Prezidenti?! Onların Azərbaycan və Türkiyədə hansı qurumlardan, dəstələrdən olduqlarını və haradan gəldiklərini dəqiq bilirik. Allaha minlərlə dəfə şükür edirik ki, Azərbaycan Prezidentinin sərəncamı ilə yanaşı, Şeyxin buyurduğları hər şeyi bitirdi”.

Çıxışının sonunda Azərbaycan xalqı və ölkə müxalifətinə üzünü tutan Ayətullah Seyyid Həsən Amuli deyib:

“Biz böyük və əziz Azərbaycan xalqından istəyirik ki, ölkə Prezidentinin və Şeyxin dedikləri qarşısında iki ölkənin arasını vurmağa çalışan və bu iki ölkənin pisliyini istəyən şəxslərin sözlərinə qulaq asmasınlar. Müxalifətə də deyirik ki, İranın ilk Qarabağ müharibəsindəki tarixi və ikinci Qarabağ müharibəsindəki hərtərəfli iştirakı günəş kimi iftiralarınızı ifşa edəcək. Siz boş yerə mənasız şəkildə bu təxribatlar üçün çalışırsınız və yalnız özünüzü zəhmətə salırsınız”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button