ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ramazan ayının 24-cü gününün duası

Allahın mömindən razı qalması böyük bir ilahi məqamdır

İslam dininin məğzi Allahı razı salan əməlləri həyata keçirmək və onu narazı salan əməllərdən çəkinməkdən ibarətdir.

 

Hər bir inanclı şəxs bu günün münacatını oxuduqda brinci növbədə Allahın razılığını əldə etməyi və onu narazı salan əməllərdən çəkinməyin vacibliyini başa düşür. Allahı razı salmaq və onun razılığını əldə etmək dünya və axirət nemətlərinin ən üstünü sayılır. Bu məsələni Qurani-kərimdə “Tövbə” surəsinin 72-ci ayəsində də görmək olar. Burada mömin kişi və qadınlar əbədi cənnətlə müjdələnirlər. Lakin ayənin sonunda bildirilir ki, Allahın mömindən razı qalması daha böyük bir ilahi məqamdır.

Bununla yanaşı, hər bir müsəlman Allahı narazı salan və onu qəzəbləndirən amillərdən də uzaq durmalıdır. Çünki Allahın qəzəbinə tuş gələnlər dünya və axirətdə bədbəxt olanlardır (Hud peyğəmbərin tayfası hesab edilən Ad tayfası kimi).

Namaz qılınan zaman oxunan “Fatihə” surəsinə və orada keçən “ğəyril-məğzubi ələyhim” (Məni qəzəbinə düçar olanların yoluna yönəltmə) ifadəsinə də diqqət yetirmək lazımdır. İbadət edən şəxs bu ifadəni bir gündə 17 dəfə təkrar edir. Elə isə bunu diləyən şəxs Allahın qəzəbi, onun cəzası barədə ayıq olmalıdır.

Ramazan ayının 24-cü gününün duası belədir:

“Allahummə inni əsəlukə fihi ma yurzik. Və əuzu bikə mimma yuzik. Və əs’əlukət-tovfiqə fihi li-ən utiəkə və la əsiyək. Ya cəvadəs-sailin”.

Tərcüməsi:

“İlahi, bu gün Səni razı edən əməlləri Səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən Sənə sığınıram. Sənə tabe olmaq və Sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey istəyənlərə bəxş edən Allah!”.

Qeyd edək ki, hər il olduğu kimi bu il də İnterAz televiziya kanalı və SalamNews İnformasiya Agentliyi Ramazan ayı münasibətilə ənənəvi aksiyanı davam etdirəcək. Aksiyanın şüarı “İsrafçılıq və dəbdəbədən uzaq, sadə iftar süfrəsi”dir. Eyni zamanda, aksiya imkanı olan hər kəsi ehtiyac duyan insanlara kömək etməyə dəvət edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button