ArxivXəbər lentiXəbərlər

Putin, Ərdoğan və Ruhaninin nələri müzakirə edəcəyi açıqlandı

Suriyaya humanitar yardım göstərilməsi məsələsi də diqqətdə olacaq

Rusiya, Türkiyə və İran prezidentləri Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani fevralın 14-ü Soçidə Suriya üzrə keçiriləcək sammitdə İdlibdəki vəziyyəti, siyasi prosesi və Birləşmiş Ştatların öz qoşunlarını Suriya ərazisindən çıxarmasını müzakirə edəcək. “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Verşnin bildirib.

Görüşdə, həmçinin Suriyaya humanitar yardım göstərilməsi məsələsi də diqqətdə olacaq.

Qeyd edək ki, üç tərəfli görüşlə yanaşı Soçidə Rusiya və Türkiyə prezidentlərinin ikitərəfli görüş keçirməsi də planlaşdırılır.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button