AktualAktualArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ayətullah Amili: Allaşükür Paşazadənin Ali Məqamlı Rəhbərin Qarabağ fətvası ilə bağlı açıqlaması təqdirəlayiqdir

Ərdəbil imam cüməsi: Allaşükür Paşazadənin Ali Məqamlı Rəhbərin Qarabağ fətvası ilə bağlı açıqlaması alqış və təqdirə layiqdir.

Qafqaz Həqiqətləri Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə təmsilçisi və Ərdəbil şəhərinin imam cüməsi ofisinin ictimai əlaqələr bölməsinə istinadla xəbər verir ki, Ayətullah Seyid Həsən Amili bu həftəki cümə namazının xütbələrində deyib: “Son günlərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri cənab Allaşükür Paşazadə layiqli addım ataraq Qarabağın azad edilməsində Ali Məqamlı Rəhbərin fətvanın təsirini açıqlayaraq deyib:  “Ayətullah Xameneinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi, qələbənin carçısı idi və bizi qələbəyə apardı”.

Biz Şeyx cənablarına təşəkkür edirik. Mən özümün və Ərdəbil əyaləti əhalisinin təşəkkürünü çatdırıram, min dəfələrlə onu alqışlayıram. Şeyx bu fətvanı açıqladıqdan sonra Azərbaycan və Türkiyədə bir qrupun şiddətli hücumlarına məruz qaldı. Ona etiraz edənlər təqlid-mərcəsi, müctəhid, vəliyyi-fəqih və şiə kimliyindən xəbərsizdirlər. Cameüş-şərait müctəhidin fətvası, xüsusilə də Rəhbərin fətvası ilə müqəllidin öhdəsinə çox ağır bir vəzifə düşür. Digər tərəfdən də müqəllid (döyüş zamanı dünyasını dəyişərsə) şəhidlik məqamına yüksələcəyinə əmin olur. Bu iki xüsusiyyəti nəzərə alaraq deyirik ki, heç bir amil müctəhidin fətvası qədər güclü deyil.

Ayətullah Amili xütbəsinin davamında deyib: “O fətvanın nəticəsində biz səkkiz illik Müqəddəs Müdafiə illərində onlarla ölkənin, habelə, Amerika, sabiq SSRİ və ərəb mürtəceləririnin qarşısında dayandıq, onlar bizim torpağımızdan bir qarış da olsa, işğal edə bilmədilər. Nəsrəddun şahın Avropada Fransa ordusunun paradında hekayəsi məşhurdur.

Vəliyyi-fəqihin təmsilçisi daha sonra deyib: “Şeyxin buyurduqlarını dəqiq bir məsələ hesab edir və bildiririk ki, onlarla tank, təyyarə, dron heç vaxt Rəhbərin fətvasının yerini tuta bilməz. Kiminsə bu məsələlərdən anlayışı yoxdursa, şiəliyin mahiyyəti, təqlid və imamətin yeri və əhəmiyyəti, habelə Azərbaycan xalqının etiqadı üzərində düşünsün, anlayışı olmadığı mövzu haqda danışmasın.”

Şiəlikdə fətvanın əhəmiyyət və təsirini açıqlayan Ayətullah Amili bir nümunə gətirərək deyib: “Müqəddəs Müdafiə dövründə Amerika qüvvələrinin Fars körfəzindəki komandirindən: “Siz super-güc ölkəsiniz, İran isə üçüncü bir dünya ölkəsi. Nə üçün hücuma keçərək işi bitirmirsiniz?” deyə soruşduqda, o demişdi ki, bunun üçün hələ gücümüz yoxdur. Jurnalist heyrətlənərək soruşub: “Üçüncü dünya ölkəsi sizdən necə güclü ola bilər?” Amerika qüvvələrinin komandiri onun cavabında deyib: “İranın elə bir silahı vardır ki, bizdə həmin silah yoxdur. O silah, şəhadət mədəniyyətidir. Bizim əsgərlərimiz hər nəyin bahasına olursa olsun, öz canlarını qorumağa çalışırlar. Onların əsgərləri isə şəhadət məqamına yüksəlməyi düşünürlər. Bu balans həll olmayınca, Amerika bölgəni idarə etməkdə iflic olacaq.”

Şeyx cənablarının açıqlaması tamamilə yerində və vaxtında idi. Qarabağ müharibəsinin başlandığı ilk günlərdən bir qrup iki ölkə münasibətlərini pozmağa cəhd edir; hər yerdə təbliğat aparırlar ki, İran Ermənistana silah göndərir. Bu günlərdə Azərbaycanın mətbuat və sosial şəbəkələrində İrana qarşı yalan və iftira pik həddə çatıb. Halbuki, Azərbaycanın Prezidenti açıq-aşkar şəkildə bildirdi ki, İrandan Ermənistana heç bir silah getməyib. Siz bir qrup ifratçı “millətçi” çox bilirsiz, yoxsa bir ölkənin prezidenti?

Onların Azərbaycan və Türkiyədə hansı cinahdan olduqları və haradan göstəriş aldıqları haqda bizdə dəqiq məlumatlar vardır. Allaha sonsuz şükürlər edirik ki, Azərbaycan Prezidentinin açıqlaması ilə yanaşı, Şeyxin açıqlaması hər şeyi bitirdi.

Biz böyük Azərbaycan xalqından istəyirik ki, Azərbaycan Prezidentinin və Şeyxül-İslam Paşazadənin aydın açıqlamaları qarşısında iki xalqın və iki ölkənin münasibətlərini istəməyənlərin sözlərinə inanmasınlar.”

Ayətullah Amili xütbəsinin sonunda Şeyxin Ali Məqamlı Rəhbərin Qarabağ fətvası ilə bağlı açıqlamasına etiraz edənlərə də üz tutaraq deyib: “Etiraz edənlərə də deyirəm: İranın Birinci Qarabağ müharibəsində keçmişi və İkinci Qarabağ müharibəsində hərtərəfli iştirakı günəş kimi sizin iftiralarınızı ifşa edir, doğrudan da, vaxtınızı boş yerə sərf edirsiniz və yalnız özünüzü zəhmətə salırsınız.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button