ArxivXəbər lentiXəbərlər

Məhəmmədrza Purməhəmmədi: İran-Azərbaycan əlaqələrinin inkişafında elm ocaqlarının rolu böyükdür

İran-Azərbaycan əlaqələrinin inkişafında elm ocaqlarının rolu böyükdür.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Təbriz Universitetinin rektoru professor Məhəmmədrza Purməhəmmədi deyib.

Professor qeyd edib ki, Təbriz Universiteti Azərbaycanın bir sira təhsil ocaqları ilə yaxın əlaqələr saxlayır. Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Xəzər Universiteti ilə tələbə və müəllim mübadiləsi aparılır, birgə elmi konfranslar və simpoziumlar keçirilir.

M.Purməhəmmədi deyib ki, hər iki ölkənin prezidentləri siyasi iradə nümayiş etdirərək dövlətlər arasındakı münasibətlərin inkişafına nail olublar. Qarşılıqlı əlaqələrin perspektivinin yaxşı olması hər iki xalqın mənafeyinə cavab verir. Elm və təhsil müəssisələri də dövlət başçılarının siyasi xəttinə dəstək verərək bu sahədəki əlaqələri genişləndirməyə çalışmalıdırlar.

Rəhbərlik etdiyi universitet haqqında məlumat verən rektor bildirib ki, 70 il fəaliyyət göstərən təhsil ocağında hazırda 24 min tələbə təhsil alır. Universitetdə hüquq, iqtisadiyyat, tarix, ədəbiyyat, beynəlxalq münasibətlər və digər fakültələr fəaliyyət göstərir. Təbriz Universitetində 800 müəllim çalışır ki, bunların da 600-dən çoxunun elmi dərəcəsi var. Tehran Universitetindən sonra İranın 2-ci böyük Universiteti olan Təbriz Universiteti hər il müxtəlif sahələr üzrə peşəkar kadrlar hazırlayır.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button