Xəbərlər

Avropa Azərbaycan dövlətini cərimələdi

Avropa İnsan Hüquqları Məhkəməsi azərbaycanlı iş adamının şikayətinin əsasında Azərbaycan dövlətini cərimələyib.

Media Hüququ İnstitutundan verilən məlumata görə, fevralın 20-də məhkəmə həbsdə olan bankir Novruz İsmayılovun şikayəti üzrə qərarını elan edib.
Novruz İsmayılov “Borçalı” bankının təsisçilərindən olub. Dələduzluq, mənimsəmə və vergidən yayınma ittihamı ilə həbsdə olan Novruz İsmayılov ədalətli məhkəmə araşdırması, məhkəməyə qədər həbs olunmamaq hüquqlarının pozulmasından şikayət etmişdi.
Avropa Məhkəməsinin qərarına əsasən, Azərbaycan hökuməti ərizəçiyə 6500 avro təzminat ödəməlidir.
1961-ci il təvəllüdlü bankir 9 il müddətinə azadlıqdan məhrum olunub. Məlumatı Səhər kanalının saytı Media Hüququ İnstitutuna istinadən yayıb.
Həmçinin Avropa Məhkəməsi “Azadliq” qəzetinin baş redaktoru Qənimət Zahidin şikayətini təmin edib.
Qənimət Zahid 2007-ci ilin noyabrından 2010-cu ilin martına qədər həbsdə olub. Məhkəmə ona 4 il həbs cəzası kəsib. Məhkəmə hökmünə qədər o, 4 ay istintaq təcridxanasında saxlanılıb.
Jurnalistin şikayətini təmin edən Avropa Məhkəməsi Azərbaycan hökumətinin Qənimət Zahidə 10 min avro (mənəvi zərər əvəzi kimi 5000 avro, hüquqi məsrəflər üçün 5000 avro) məbləğində təzminat ödəməsi barədə qərar çıxarıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button